“Paris bəyannaməsi əhəmiyyətli irəliləyiş oldu... Türkiyənin əhəmiyyətini vurğulamaq istəyirəm”
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Parisdə "istəklilər koalisiyası"nın 15-ci iclasında əhəmiyyətli irəliləyiş əldə olunub.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron görüşün yekunları ilə bağlı mətbuat konfransında bildirib.
"Bu iclas əhəmiyyətli irəliləyiş oldu. Davamlı və dayanıqlı sülh üçün etibarlı təhlükəsizlik zəmanətləri Paris bəyannaməsində öz əksini tapdı. Bəyannamə ilk dəfə olaraq koalisiyaya daxil olan 35 ölkə, Ukrayna və ABŞ arasında etibarlı təhlükəsizlik zəmanətlərinin yaradılması məqsədilə operativ yaxınlaşmanı tanıyır", - o bildirib.
Fransa Prezidentinin sözlərinə görə, sənəddə təhlükəsizlik zəmanətlərinin bütün komponentləri ətraflı təsvir edilib. Həmçinin bütün müvafiq silahlı qüvvələrin tam inteqrasiyasını təmin edəcək və koalisiya, ABŞ və Ukrayna arasında operativ səviyyədə koordinasiyanı mümkün edəcək bir Koordinasiya Mərkəzi yaradılıb.
Atəşkəs rejiminin həyata keçirilməsinə nəzarət mexanizmləri hazırlanacaq və buna bir neçə dövlətin iştirakı ilə ABŞ rəhbərlik edəcək.
"Biz könüllü format əsasında 800 000 nəfərlik ordu planlaşdırdıq. Məqsəd hər hansı yeni təcavüzü dayandıra bilməkdir", - Makron bildirib.
Fransa Prezidenti atəşkəsdən sonra təmas xəttindən uzaqda təhlükəsizliyi təmin etmək üçün havada, dənizdə və quruda çoxmillətli qüvvələrin yaradılmasına hazırlıq barədə ətraflı məlumat verib.
"Böyük Britaniya, Fransa və digər baş qərargahlarla birgə görülən işlərdən əlavə, Almaniya, İtaliya və Polşadan olan dostlarımıza təşəkkür etmək istəyirəm. Qara dənizdə təhlükəsizliyin təminatı məsuliyyətini öz üzərinə götürən Türkiyənin əhəmiyyətini vurğulamaq istəyirəm", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Yanvar 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















