Icma.az
close
up
RU
Beynəlxalq qiymətləndirmədə əhəmiyyətli irəliləyiş

Beynəlxalq qiymətləndirmədə əhəmiyyətli irəliləyiş

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

MONEYVAL-ın hesabatında Azərbaycanın dünya standartlarına uyğunluq dərəcəsi yüksəldilib

Nümunəvi inkişaf modelinə malik olan Azərbaycan dövləti ölkəmizin müasir siması ilə bir araya sığmayan korrupsiya, cinayət yolu ilə əldə olunmuş çirkli pulların yuyulması və bu kimi digər neqativ halların əhatə dairəsinin məhdudlaşdırlması istiqamətində ardıcıl siyasət həyata keçirir. Öz növbəsində respublikamızın bu sahədə qazandığı təcrübə və nailiyyətləri ixtisaslaşmış beynəlxalq qururmlar tərəffiindən yüksək dəyərləndirlir. Avropa Şurasının Cinayət Yolu ilə Əldə Edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) bu günlərdə Azərbaycanla bağlı yaydığı yeni qiymətləndirmə hesabatında yer alan müsbət dəyərləndirmələr bunun əyani təsdiqidir.

Hesabata əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində Azərbaycanın beynəlxalq standartlara uyğunluq dərəcəsi yüksəldilib. Maliyyə Monitorinq Xidmətindən bildirilib ki, bu sahədə Azərbaycanın 5-ci raund qiymətləndirilməsi üzrə birinci tərəqqi hesabatı MONEYVAL-ın plenar iclasında təsdiq edilib.

Milli səviyyədə yaradılan səmərəli hüquqi və institusional antikorrupsiya çərçivəsi

Cinayətkarlıq, korrupsiya bütün ölkələrdə var. Əsas məsələ ondan ibarətdir ki, dövlətlər  və hökumətlər milli səviyyələrdə bu kimi neqativlərə hansı baxı bucağından yanaşırlar. Prezident İlham Əliyevin müxtəlif auditoriyalar qarşısında birmənalı şəkildə bildirdiyi kimi, Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir. Görülən işlər də bunu təsdiqləyir. Ölkəmizdə korrupsiya, cinnayətkarlıq kimi hallara qarşı mübarizə sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı korrupsiyanın, cinayətkarlığın da, necə deyərlər, zamana uyğun yeni transmilli növlərinin yaranmasını şərtləndirib. Bu kimi reallıqlar fonunda da milli dövlətlərin məsuliyyəti və qlobal təhdidlərə qarşı birgə səylərin gücləndirlməsi zərurəti ortaya çıxıb. Beynəxalq miqyasda korrupsiyaya qarşı mübarizədə hədəflənən nəticələri əldə etməkdən ötrü ilk növbədə  milli səviyyələrdə səmərəli antikorrupsiya mexanizmləri işə salınmalıdır.

Respublikamızda korrupsiyaya, cinayətkarlığa qarşı mübarizə ardıcıl və sistemli xarakter daşıyır. Son illərdə aparılan islahatlar çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası daha da genişəndirlib.  Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili, “ASAN xidmət”, “DOST” modellərinin tətbiqi vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya və cinayətkarlığa qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Ötən il isə dövlətimizin başçısı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Bu sənədlərin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir.

Paralel şəkildə, terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür və fəaliyyətlər uzlaşdırılır. Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşıb. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılıb.

Ardıcıl və qətiyyətli mübarizənin müsbət nəticələri

Ölkəmizdə cinayətkarlığa, korrupsiyaya qarşı sistem halında ardıcıl mübarizə öz müsbət nəticələrini verir və bunu ötən ilin statistikası da əyani şəkildə təsdiqləyir. Hesabat dövrü ərzində vətəndaşların 11 min 671 müraciətinə baxılıb. Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq müvafiq dövr ərzində yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub. Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Genişlənən beynəlxalq əməkdaşlıq

Cinayətkarlq hallarının bir sıra hallarda transmilli səciyyə daşıması bu sahədə beynəlxalq əməkdaşlığın daha da gücləndilməsinin aktuallığını daha da artırıb. Azərbaycan da o mövqedən çıxış edir ki, qlobal təhdidləri, yaranan çağırışları yalnız sıx beynəlxalq əməkdaşlıq çərçivəsində önləmək mümkündür. Bu siyasi iradəyə uyğun olaraq ölkəmiz müvafiq beynəlxalq platformalarda uğurla təmsil olunur və əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verir.  Xatırlatmaq yerinə düşər ki, 2025-ci ildə respublikamız BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində keçirilən altıncı plenar iclasa uğurla ev sahibliyi edib.

Azərbaycan həmçinin terrorçuluğa qarşı mübarizə sahəsində də regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında  BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.

Yuxarıda bəhs olunan sənəd 2023-cü ildə qəbul edilmiş qiymətləndirmə hesabatında müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə irəliləyişləri əks etdirir. MONEYVAL-ın qiymətləndirməsinə əsasən, respublikamız bu istiqamətdə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Azərbaycan bu sahədə ölkədaxili və beynəlxalq strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq dərəcəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirib.

MONEYVAL-ın 2023-cü il üzrə qiymətləndirməsindən sonra Azərbaycan tərəfindən müxtəlif sahələr üzrə risklərin araşdırması tamamlanıb. ƏL/TMM və benefisiar mülkiyyətçilik üzrə şəffaflığı təmin edən sistemlə bağlı yeni qanunvericilik və normativ aktlar qəbul olunub, maliyyə institutlarının fəaliyyətini tənzimləyən sahəvi qanunlara dəyişikliklər edilib, bu sahədə maarifləndirmə və təlimatlandırma aparılıb. Tələb olunan standartlara uyğun statistik məlumatların əhatə dairəsi genişləndirilib, hüquq, mühasibat və auditor xidmətləri üzrə nəzarət təkmilləşdirilib.

Nəticədə MONEYVAL ekspertləri Azərbaycan hökumətinin ƏL/TMM sahəsində qanunvericilik və tənzimləyici çərçivənin FATF tövsiyələrinə uyğunluğunun əhəmiyyətli dərəcədə artırdığını vurğulayıblar. Təqdim edilmiş əsaslandırmalar nəzərə alınaraq, 7 FATF tövsiyəsinin hər biri üzrə müraciətə dair müsbət qərar verilib və həmin tövsiyələrlə bağlı reytinqlər yüksəldilib.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri