Icma.az
close
up
RU
Parisdə Azərbaycanı Beynəlxalq İnkişafa Yardım Agentliyi təmsil etdi FOTO

Parisdə Azərbaycanı Beynəlxalq İnkişafa Yardım Agentliyi təmsil etdi FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Martın 20-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) 54-cü yüksək səviyyəli iclası keçirilib. Tədbirdə ölkəmizi Xarici İşlər Naziylinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.
XİN-dən Bizim.Media-ya bildirilib ki, yüksək səviyyəli iclasda 30-dan yuxarı DAC üzvü olan ənənəvi donor ölkələri ilə yanaşı, komitədə iştirakçı və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Bolqarıstan, Xorvatiya, Cənubi Afrika Respublikası və Hindistan daxil olmaqla, ümumilikdə, 50-dən artıq dövlət və 15-ə yaxın beynəlxalq qurum iştirak edib.
 

İllik əsasda keçirilən iclasın builki məqsədi beynəlxalq inkişafa yardım sahəsində keyfiyyət və nəticlərin yüksəldilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın artırılması, habelə dayanıqlı inkişaf üçün əlavə maliyyə mənbələrinin səfərbər olunması yollarının müzakirəsi olub.


AİDA-nın rəhbəri Elməddin Mehdiyev tədbirdə çıxış edərək, yeni donor ölkəsi kimi Azərbaycanın beynəlxalq yardım fəaliyyəti sahəsində əldə etdiyi uğurlar və qazandığı əhəmiyyətli təcrübə barədə məlumat verib. O, beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi ölkəmizin həyata keçirdiyi fəal beynəlxalq yardım siyasətinə toxunaraq, COP29-da əldə olunmuş tarixi nəticələrin inkişafa yardım sahəsi üçün də mühüm olduğunu, eləcə də iqlim maliyyəsi ilə bağlı mövcud təcrübənin inkişafa yardımın maliyyələşməsinə də tətbiq edilə biləcəyini vurğulayıb.
COP29 çərçivəsində AIDA və OECD DAC-ın birgə təşkilatçılığı ilə iqlim fəaliyyəti və rəsmi inkişafa yardım mövzusunda təşkil olunmuş tədbirə böyük maraq göstərildiyini qeyd edən E.Mehdiyev fəaliyyətlərin əlaqələndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına xidmət edən bənzər təşəbbüslərin inkişafa yardımın səmərəliliyinin artırılmasına müsbət təsir göstərəciyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən digər ölkə nümayəndələri dünyada baş verən siyasi dəyişikliklər, geosiyasi gərginlik və iqtisadi çətinliklər fonunda rəsmi inkişafa yardımın təhlükə ilə üzləşdiyini, yardım göstərilərkən donor ölkələrin xarici siyasət maraqlarının deyil, yardım alan ölkələrin ehtiyaclarının əsas götürülməli olduğunu, çoxtərəfliliyin əhəmiyyəti, eləcə də innovativ maliyyə mənbələrinin cəlb edilməsinin zəruriliyini vurğulayıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə görüşlər keçirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.



Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri