Məryəm Qurbanlı Parisdə Azərbaycanı təmsil edib FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhəri C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin vokal ixtisası üzrə I sinif şagirdi Məryəm Qurbanlı Fransanın paytaxtı Paris şəhərində keçirilən mədəni tədbirlərdə iştirak edərək Azərbaycanı uğurla təmsil edib. SİA xəbər verir ki, səfər çərçivəsində Məryəm Azərbaycanın Fransadakı Səfirliyində təşkil olunan tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından Gülçöhrənin partiyasını ifa edərək öz vokal istedadını nümayiş etdirib.
Bununla yanaşı, Məryəm Qurbanlının rəsm əsəri həm Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, həm də dünyaca məşhur Luvr Muzeyində sərgilənib. Məryəm Luvr Muzeyində keçirilən mədəni tədbirdə də çıxış edərək öz yaradıcılıq bacarıqlarını beynəlxalq auditoriyaya təqdim edib.
Gənc istedadın həm musiqi, həm də təsviri incəsənət sahəsində əldə etdiyi bu nailiyyətlər onun çoxşaxəli yaradıcılıq potensialının göstəricisidir. Onun belə nüfuzlu beynəlxalq mədəniyyət məkanlarında ölkəmizi təmsil etməsi bizim üçün böyük qürur və sevinc mənbəyidir.
Məryəm Qurbanlını təbrik edir, ona təhsilində və yaradıcılıq yolunda daha böyük uğurlar arzulayırıq!
M.MƏMMƏDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Noyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















