Parisdə bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Fransanın paytaxtı Parisdə bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb, hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.
“Agence France-Presse” agentliyinin məlumatına görə, hadisə bu gün şəhərin şimal-qərbində yerləşən Port de Klişi ərazisində baş verib.
Parisin Polis Prefekturası bildirib ki, iki soyuq silahla silahlanmış 31 yaşlı kişi üç qadına hücum edib. Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Məlumata görə, zərərçəkənlərdən biri hamilə qadındır, onlardan birinin vəziyyəti isə ağır qiymətləndirilir.
İlkin məlumata əsasən, hücumu törədən şəxsin psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.
Polis hücum edən şəxsi hadisə yerində qısa müddətdə saxlayıb. Hadisənin motivi araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 21 Avqust 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















