Icma.az
close
up
RU
Parisdə “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfrans keçirilib

Parisdə “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfrans keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 20 sentyabr, AZƏRTAC

Parisdə UNESCO-nun mənzil qərargahında “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Qırğızıstanın UNESCO-da Daimi Nümayəndəliyinin təşəbbüsü, TÜRKSOY və Ankarada yerləşən Çingiz Aytmatov İnstitutunun əməkdaşlığı ilə baş tutub. Konfrans böyük qırğız yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun dünya mədəni irsinə verdiyi töhfələri çoxşaxəli şəkildə təqdim edib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO Baş direktorunun müavini Ernesto Ottone, AMEA-nın prezidenti İsa Həbibbəyli, Qırğızıstanın, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın UNESCO yanında daimi nümayəndələri Sadık Şer-Niyaz, Elman Abdullayev, Gülnur Aybet, Askar Abdrakhmanov, Kamol Muxtarov, Maksat Çariyev və UNESCO-ya üzv dövlətlərin diplomatları, alimlər, ədəbiyyatçılar və mədəniyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışında çıxış edən TÜRKSOY Baş katibi Sultan Raev bildirib ki, Aytmatovun əsərləri yalnız Qırğız ədəbiyyatının deyil, bütün türk dünyasının və insanlığın ortaq yaddaşında xüsusi yer tutur. “Çingiz Aytmatov xalqlar arasında körpü quran böyük bir humanistdir. O, qələmi ilə yalnız qırğız çöllərinin səsini dünyaya çatdırmayıb, eyni zamanda insan ləyaqəti, təbiət, sülh və yaddaş kimi ümumbəşəri dəyərləri ədəbiyyat vasitəsilə insanlığa bəxş edib. “Manqurt” anlayışı ilə isə kollektiv yaddaşını və kimliyini itirən cəmiyyətlərə güclü bir xəbərdarlıq ünvanlayıb. TÜRKSOY-un missiyası da ortaq mədəniyyətimizi qoruyaraq gələcək nəsillərə ötürməkdir”, -deyə S. Raev diqqətə çatdırıb.

UNESCO Baş direktorunun müavini Ernesto Ottone Aytmatovun əsərlərinin ümumbəşəri sülh və dialoq ideallarına verdiyi töhfəyə diqqət çəkib. “UNESCO-nun mədəniyyətlərarası anlaşma və sülh vizyonu, Aytmatovun insan və təbiətə duyduğu dərin hörmətlə tam uzlaşır. Onun qələmi fərqli mədəniyyətlərin bir-birini anlamağı üçün bənzərsiz körpü yaradıb”,-deyə E. Ottone Aytmatovun bəşəriyyətə verdiyi töhfələrdən söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında Aytmatovun türk dünyası ədəbiyyatındakı aparıcı roluna toxunaraq onun yalnız qırğız ədəbiyyatının deyil, bütün türk dünyasının ədəbi şüurunu dərinləşdirən və onu ümumbəşəri səviyyəyə yüksəldən nadir yazıçılardan olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Çingiz Aytmatovun oğlu Eldar atasının mirasının bu gün də gənc nəsillər üçün ilham mənbəyi olduğunu bildirib.

“Atam hər zaman insanın insana, insanın təbiətə və insanın öz keçmişinə qarşı məsuliyyətini önə çəkirdi. Bu mesajlar, bu gün yaşadığımız qlobal böhranlar fonunda daha da əhəmiyyətlidir”, - deyə E. Aytmatov atasının əsərlərinin ideyalarının bu gün də aktual olduğunu deyib.

Konfrans iştirakçıları vurğulayıblar ki, Aytmatovun əsərləri yalnız qırğız xalqına deyil, bütün bəşəriyyətin ortaq yaddaşına xitab edən ümumbəşəri mesajlar daşıyır və türk dünyasının mədəni birliyi ilə bəşəri dəyərlərin qorunmasında yol göstərən bir güc olaraq qalır.

Parisdə keçirilən bu konfrans Çingiz Aytmatovun ədəbi və fəlsəfi irsinin beynəlxalq mədəni dialoqun inkişafında və bəşəriyyətin ortaq dəyərlərinin qorunmasında daşıdığı misilsiz əhəmiyyəti bir daha nümayiş etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri