Icma.az
close
up
RU
Parisdə Divanü LüğatitTürkün 950ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib

Parisdə Divanü LüğatitTürkün 950ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın paytaxtı Parisdə "Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: "Divanü Lüğat-it-Türk"ün 950-ci ildönümü" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, UNESKO-nun Parisdəki qərargahında baş tutan konfransda qurumun rəsmiləri, habelə Baş katibin müavini Firmin Edouard Matoko, Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Aktotı Raimkulova, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev, qurumun Türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri, bu ölkələrin həmin təşkilatdakı Daimi Nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirin məqsədi "Divanü Lüğat-it-Türk"ün dünya mədəniyyətinə, eyni zamanda Türk xalqlarının dilinin inkişafı və mədəni irsinə qatdığı töhfələri işıqlandırmaqdır.

Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev "Divanü Lüğat-it-Türk"ün öyrənilməsinin dilçiliyimizdə hər zaman böyük diqqət ayrıldığını bildirib.

Tədbirdə çıxış edən UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev Türk dövlətlərinin irsini və mədəniyyətini qorumağa töhfə verən bütün təşəbbüslərin Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən dəstəkləndiyini qeyd edib.

Tədbirdə çıxış edən UNESKO-nun Baş katibinin müavini Firmin Edouard Matoko UNESKO çərçivəsində Türk xalqlarının mədəniyyətlərinə və irsinə göstərilən yüksək diqqətə toxunub, UNESKO-nun bu mövzuya ayırdığı xüsusi diqqətdən danışıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Aktotı Raimkulova Türk mədəniyyətlərinin, irsinin qorunması və inkişafına Azərbaycanın verdiyi əvəzsiz töhfələrə toxunub. O prezidenti olduğu fondun Azərbaycanın təşəbbüsü ilə yaradıldığını bildirib, fondun fəaliyyətindən, Divanü Lüğat-it-Türk"ün qorunmasının vacibliyindən danışıb.

Konfransda çıxış edən azərbaycanlı alim, professor, türkşünas Həsən Həsənov Mahmud Kaşğari irsi ilə bağlı araşdırmalarını təqdim edib.

Azərbaycanlı alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli isə "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda öyrənilməsindan, əhəmiyyətindən, ölkədə bu mövzuda aparılan araşdırmalardan bəhs edib.

Konfrans çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edirlər. Müzakirələr Mahmud Kaşğarinin "Divani lüğət-it-türk" əsərinin qrammatik xüsusiyyətləri, rus dilinə tərcüməsi, ərəbdilli xalqların türk dilini öyrənmələrinə verdiyi töhfəsi və digər mövzular ətrafında davam edib

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri