Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Divanü LüğatitTürkün 950ci ildönümü mövzusunda Beynəlxalq Konfrans keçirilib

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Divanü LüğatitTürkün 950ci ildönümü mövzusunda Beynəlxalq Konfrans keçirilib

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk Dünyasının və dünya mədəni irsinin dəyərli xəzinəsi olan “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzilqərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans təşkil olunub.
TurkicWorldxəbər verir ki, konfransın məqsədi Mahmud Kaşğarinin 11-ci əsrdə yaratdığı monumental əsərinin əhəmiyyətini yenidən araşdırmaq, onun müasir dövr üçün aktuallığını vurğulamaq və bu irsin gələcək nəsillərə ötürülməsi üçün yeni təşəbbüslər irəli sürmək olub. Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli əsərlərindən biri olan “Divanü lüğat-it türk”ün 950 illik yubileyinin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunmasının böyük əhəmiyyət kəsb etdiyini, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolu barədə söz açıb.
A.Raimkulova XI əsrdə böyük alim Mahmud Kaşğari tərəfindən tərtib edilmiş əsərin sadəcə lüğət deyil, türk dillərinin zənginliyinin, türk adət-ənənələrinin hikmətinin və türk mədəniyyətinin canlılığının məcmuəsi kimi dəyərləndirib. Fondun prezidenti “Divanü Lüğat-it türk”ün 950 illiyinin qeyd edilməsinin sadəcə anma mərasimi deyil, sürətli qloballaşma dövründə Türk qeyri-maddi irsinin qorunması istiqamətində səylərin artırılmasına çağırış olduğunu vurğulayıb.
YUNESKO Baş Direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko “Divanü Lüğat-it-Türk”ün 950 illiyinə həsr olunmuş konfransda iştirakçıları səmimi şəkildə salamlayıb. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə türk dünyası üçün deyil, həm də qlobal mədəni irs üçün əhəmiyyətini vurğulayıb. “Divanü Lüğat-it-Türk”ün türk xalqlarının tarixini və zənginliyini göstərən bir ensiklopediya adlandırıb.
Tədbirdə Türk dövlətlərinin Fransada akkreditə olunmuşsəfirləri, YUNESKO üzrə Milli Komissiyalarının Baş katibləri və YUNESKO yanında Daimi nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan və digər ölkələrdən olan görkəmli alimlər, YUNESKO və digər beynəlxalq qurumların nümayəndələri, eləcə də Türk Dünyasının tanınmış ziyalıları iştirak edib və məruzələrlə çıxış ediblər.
Bununla yanaşı, tədbir çərçivəsində orijinalı İstanbulda Ali Emiri Efendi kitabxanasında saxlanılan “Divanü lüğat-it türk”ün xüsusi hazırlanmış replikası, eləcə də əsərin tarixi yolunu və Mahmud Kaşğariyə dair məlumatları özündə əks etdirən stendlər nümayiş olunub.
YUNESKO-nun 42-ci Baş Konfransı leksikoqraf və filoloq Mahmud Kaşğarinin (1074-cü il) yazdığı “Divanü Lüğat-it-Türk” (Türk ləhcələri və dilləri məcmuəsi) əsərinin 950 illiyini 2024-2025- ci illər üçün YUNESKO ilə əlaqəli ildönümlər siyahısına daxil edib.
Bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi əsasında, Macarıstan, Mavritaniya, Mərakeş, Qatar və Tacikistanın dəstəyi ilə qəbul olunub. Konfrans Türk dövlətlərinin YUNESKO yanında milli komissiyalarının, eləcə də daimi nümayəndəliklərinin dəstəyi ilə həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Dekabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri