Icma.az
close
up
RU
Parisdə Jerar Depardyenin məhkəməsi davam edir

Parisdə Jerar Depardyenin məhkəməsi davam edir

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Aktyor film çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunur

Parisdə fransız kino ulduzu Jerar Depardyenin bazar ertəsi başlayan məhkəməsi davam edir. AYNA.AZ xarici mediaya istinadən xəbnər verir ki, aktyor 2021-ci ildə film çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunur.

Ən azı üç gün davam etməsi gözlənilən məhkəmə əvvəlcə oktyabrda keçirilməli idi, lakin Depardyenin səhhəti ilə əlaqədar təxirə salınmışdı.

Təxminən 20 qadın onu nalayiq davranışda ittiham etsə də, bu, Depardyeyə qarşı məhkəməyə gedən ilk işdir. Təqsirli bilinərsə, Depardyeni 5 il həbs və 81 min dollara qədər cərimə gözləyir.

Çərşənbə axşamı Depardyedən sonra məhkəmədə danışan iddiaçı prodüser Amelie K. 2021-ci il film çəkilişi zamanı aktyorun onu ayaqları arasında tutaraq bədəninə toxunduğunu söyləyib. Eyni zamanda o, açıq-aşkar seksual xarakterli açıqlamalar verib.

Depardye isə bunun zorakılıq olduğunu inkar edir və etdiyi hər hansı kobud şərhin onun pis əhval-ruhiyyəsi ilə bağlı olduğunu deyir.

Məhkəmədə “Mən başa düşmürəm ki, bir qadına niyə toxunacağam” deyən Depardye əlavə edib ki, o zaman o qədər kök olub ki, Ameli K.-ni ayaqları arasında sıxmaq mümkün deyildi.

76 yaşlı fransız kino ulduzu Depardye son illərdə artan cinsi istismar iddiaları ilə üzləşib.

Onun məhkəməsi fransız aktyorları ikiyə bölüb. Bəziləri onun tərəfini tutub və məhkəmədə ifadə verəcəyi gözlənilir, bəziləri isə iddiaçıları dəstəkləyib.

Bazar ertəsi onlarla etirazçı Paris məhkəməsi qarşısında toplaşaraq, əllərində cinsi zorakılıq qurbanlarını dəstəkləyən lövhələr tutub və feminist şüarlar səsləndiriblər.

Depardye 2023-cü ildə Fransanın “Le Figaro” qəzetində dərc olunmuş açıq məktub da daxil olmaqla, hər hansı bir qanun pozuntusunu ardıcıl olaraq təkzib edib.

Aktyor həmin vaxt yazıb: “Bir qadını incitmək anamın qarnına təpik vurmaq kimi olardı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Mart 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri