Parisdə minlərlə orta məktəb və universitet tələbəsi nümayiş keçirib
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Parisdəki Respublika Meydanında orta məktəb və universitet tələbələrinin keçirdiyi etiraz aksiyasında bir neçə min insan iştirak edir.
Teleqraf xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Etirazçılar hökumətdən hərbi xərcləri artırmaq əvəzinə təhsilə daha çox vəsait ayırmağı tələb edirlər. Bir çoxları əllərində "Artıq müharibə üçün pul yoxdur! Səhmdarlar üçün yox, maaşlar üçün pul!" yazılı plakatlar tutublar.
Qeyd edək ki, orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında paytaxtın İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb . İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları 6000-dən çox şəxsi həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 06 Oktyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















