Icma.az
close
up
RU
Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kubokunun açılış mərasimi olub

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kubokunun açılış mərasimi olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 7 iyul, AZƏRTAC

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku turnirinin təntənəli açılış mərasimi keçirilib. Dünyanın müxtəlif ölkələrindən gələn idmançılar, məşqçilər, rəsmi şəxslər və könüllülər bu möhtəşəm tədbirdə bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi turnirdə iştirak edən 24 ölkənin komandalarının paradı ilə başlayıb. Parad iştirakçıları arasında Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası da yer alıb.

Açılış mərasimində çıxış edən təşkilatçılar vurğulayıblar ki, Xüsusi Olimpiya hərəkatının əsas məqsədi idmanın gücü vasitəsilə inklüziv cəmiyyət qurmaq, insanların fiziki və sosial inkişafına töhfə verməkdir. Qeyd olunub ki, bu turnir təkcə idman yarışı deyil, həm də bərabərlik, dostluq və həmrəylik dəyərlərinin təşviqi üçün mühüm beynəlxalq platformadır.

Sonra turnirin ilk oyunu – Fransa və Seneqal komandaları arasında futbol matçı başlayıb.

Azərbaycan komandası 7-yə 7 formatında keçiriləcək oyunlarda mübarizə aparacaq. Milli komandamız B qrupunda iyulun 7-də Paris vaxtı ilə saat 08:00-da Namibiya, saat 11:00-da ABŞ, iyulun 8-də isə yerli vaxtla saat 08:00-da Qvatemala yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 6-dan 11-dək keçiriləcək yarışlarda 24 komanda – 12 kişi və 12 qadın komandası – çempionluq uğrunda mübarizə aparacaq. Komandalar əqli məhdudiyyətli idmançılar və əqli məhdudiyyəti olmayan tərəfdaş oyunçulardan ibarətdir və inklüziv idmanın əsas prinsiplərini nümayiş etdirirlər.

1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya hərəkatı bu gün dünyanın milyonlarla əqli məhdudiyyətli insanına idmanla məşğul olmaq, bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiya etmək imkanı yaradır. Təşkilat ilboyu keçirilən məşqlər, yarışlar və sosial proqramlar vasitəsilə inklüzivliyin təşviqinə mühüm töhfə verir.

Parisdə keçirilən Dünya Kuboku da bu missiyanın davamı olaraq, idmanın insanları bir araya gətirən gücünü nümayiş etdirməyi və əqli məhdudiyyətli şəxslərin imkanlarını ön plana çıxarmağı hədəfləyir. Turnirin final oyunları iyulun 11-də keçiriləcək və qalib komandalara Dünya Kubokunun mükafatları təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2026 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri