Icma.az
close
up
RU
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirililib

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirililib

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 9-da Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, yarış Gənclər və idman nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərində keçirililəcək.

Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edəcək. Atletlər yanvarın 10-da  sprint, 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar. 

Yarışda Azərbaycanı idmançılarımız Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edəcəklər.

Açılış nitqi zamanı Beynəlxalq  Xizək Alpinizm Federasiyasının Baş Katibi  Jordi Canals Azərbaycanın Dünya Kubokunun təşkili üçün həyata keçirdiyi hazırlıq işlərini  və yaradılan infrastrukturu və bu idman növünün inkişafına verdiyi  dəstəyi yüksək qiymətləndirib. 

Tədbirdə çıxış edən Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid 2022-ci ilin oktyabr ayından etibarən Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv seçildiyini və ötən ildən başlayaraq beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan Dağ Xizəyi üzrə məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib. 

Dünya Kubokunun Azərbaycanda keçirilməsinin ölkəmizin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib. 

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.

Gimnaziadanın açılış mərasimi keçirilib Azərbaycan Bəhreynə 160 idmançı ilə yollanacaq Ferstappendən növbəti birincilik Ukraynalı idmançı diskvalifikasiya olunub “Formula 1”də yeni sponsor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Yanvar 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri