Icma.az
close
up
RU
Parisdə Zəfər Tağı altında ölkəmizin şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Parisdə Zəfər Tağı altında ölkəmizin şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 24 iyun, AZƏRTAC

Parisin məşhur Yelisey Çölləri xiyabanındakı Zəfər Tağı altında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hörmət və ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə döyüş musiqisi sədaları altında Azərbaycan və Fransanın Dövlət bayraqları əraziyə gətirilib. "Zəfər Tağı altında məşəl, Milli məşəl" təşkilatının generalı Pol Moro (Paul Moreau), Azərbaycan səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik-leytenant Cavid Abdullayev, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və tədbirin fəxri iştirakçılarına buradakı naməlum əsgər və əbədi məşəl haqqında məlumat verib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva naməlum əsgərin məzarı önünə əklil qoyub və həlak olanların xatirəsinə şərəf meydanında əbədi məşəli alovlandırıb. Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Orkestrin ifasında Azərbaycan və Fransanın Dövlət himnləri səsləndirilib.

Leyla Abdullayeva Zəfər Tağı altında fəxri kitaba ürək sözlərini yazıb. Səfir bayraqdarlara, eləcə də tədbirin iştirakçılarına təşəkkürünü bildirib və onlarla səmimi söhbət edib.

Tədbirdə Fransada Birinci və İkinci Dünya müharibələri qəhrəmanlarının xatirəsini əbədiləşdirən assosiasiya, federasiya və fondların rəhbərləri və nümayəndələri, fransız generallar, Parisdəki azərbaycanlı diplomatlar, UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, “Zəfər Tağı altında məşəl, Milli məşəl” təşkilatı 1901-ci il qanunu ilə idarə olunan assosiasiyalar birliyidir və 500 yaxın assosiasiyanı birləşdirir. Könüllü əsasda fəaliyyət göstərən təşkilatın təşəbbüsü ilə keçmiş döyüşçülərin xatirəsinə yaradılmış 150 assosiasiyanın rotasiyası formatında hər axşam rəsmi şəkildə Vətən uğrunda həlak olanların xatirəsi anılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see531

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see134

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see125

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri