Icma.az
close
up
RU
XTQ nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub FOTOLAR

XTQ nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub FOTOLAR

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

XTQ komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov tədbirdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin - Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatını, bütövlükdə şanlı zəfərimizin başlanğıcı olduğunu qeyd edib.

Çıxışlar zamanı vurğulanıb ki, XTQ mənsubları daima ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi naminə Ali Baş Komandanın əmrinə əsasən istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir və Vətən uğrunda canından keçməyə hazırdır.

Şəhidlərin ailə üzvləri və yaxınları çıxışlarında onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən döyüş iştirakçıları və ictimaiyyət nümayəndələri Aprel döyüşlərinin tarixi əhəmiyyəti, başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurmasından danışıblar.

Tədbirin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan sənədli film nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqili kompozisiyalar nümayiş etdirilib.

Sonda şəhidlərin şərəfinə ehsan süfrəsi təşkil olunub, ruhlarına dualar oxunub.

Qonaqlara hədiyyələr təqdim edildikdən sonra xatirə şəkilləri çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Aprel 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri