Icma.az
close
up
RU
Parisin yeni “nüvə oyunu”

Parisin yeni “nüvə oyunu”

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa ölkələri nədən narahatdır?

Fransanın ölkə hüdudlarından kənarda nüvə silahı yerləşdirməklə bağlı təşəbbüsü Avropa İttifaqı (Aİ) ölkələri arasında fərqli reaksiyalara səbəb olub. “Euractiv” portalının məlumatına görə, Fransanın təklifi bir sıra Avropa ölkələrinin marağına səbəb olsa da, onun ABŞ-ın nüvə təminatına hansı əlavə üstünlüklər verəcəyi hələ də aydın deyil. Prezident Emmanuel Makronun nüvə silahı daşımaq qabiliyyətinə malik “Rafale” təyyarələrinin tərəfdaş ölkələrin bazalarında yerləşdirmək ideyasına Almaniya, Niderland, Belçika, Yunanıstan, Polşa, İsveç və Danimarka maraq göstərib. Norveçin də layihə ilə maraqlandığı bildirilir. Lakin ABŞ-ın “nüvə çətirinə” üstünlük verən bəzi ölkələr, o cümlədən İtaliya və Baltikyanı dövlətlər təşəbbüsü dəstəkləməyib.

Fransa ABŞ-ın “nüvə çətiri”ni əvəz edə bilərmi?

Xatırladaq ki, bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron tam məxfi hərbi bazaya baş çəkib, Fransa və Avropa təhlükəsizliyi üçün yenilənmiş nüvə strategiyasından bəhs edib. Avropa İttifaqının  yeganə nüvə dövləti olan Fransa indiyədək ABŞ tərəfindən Avropaya təqdim edilən “nüvə çətiri”ni əvəzləmək potensialına malik olduğunu artıq bəyan edib. Hələ mart ayında  Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, bu məsələ ilə bağlı Makronla danışıqlar aparıb və Fransa nüvə bombalarının daşınması üçün Almaniya Hərbi Hava Qüvvələrinin təyyarələrindən istifadənin mümkünlüyü barədə açıq şəkildə fikir bildirib. Makronun özü hələ sonuncu Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən nüvə çəkindirmə doktrinasının yenidən formalaşdırılması zərurətini bəyan edərək və milli təhlükəsizlik proqramının bütün Avropaya uyğunlaşdırılması məsələsini müzakirə etdiyini vurğulamışdı.

İddiaya görə, Parisin nüvə başlıqları ilə bağlı mövqeyi  Avropa paytaxtlarında və Brüsseldə diqqətlə təhlil edilir. Bu, həm Ukraynada müharibə başlayandan bəri Rusiyanın dəfələrlə nüvə silahı tətbiq etmək hədələri, həm transatlantik münasibətlərin davamlılığına olan inamsızlıq, həm də Yaxın Şərqdəki son hadisələrlə əlaqədardır. Nəzərə alaq ki, Fransanın nüvə potensialı ABŞ və Rusiya ilə müqayisədə xeyli məhduddur. Bu səbəbdən Paris nüvə silahı imkanlarının effektivliyini artırmaq üçün qabaqcıl aviabazalara və uyğun uçuş marşrutlarına ehtiyac duyur.

Rusiya təhdid hesab edir

Parisin Avropa ölkələri ərazisində nüvə başlıqlarını yerləşdirmək istəyi Rusiya tərəfindən təhdid kimi qəbul olunur. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Moskva Fransa Prezidenti Emmanuel Makronun Avropada fransız nüvə silahlarının yayılması ilə bağlı sözlərini ciddi qəbul edir: “Əksər ekspertlər Fransanın Avropa üzərində nüvə çətirindən danışılmasının onun əhəmiyyətini vurğulamaq cəhdindən başqa bir şey olmadığı ilə razılaşsalar da, biz Fransa prezidentinin bəyanatını çox ciddi qəbul edirik. Nüvə dövlətinin liderinin silah nümayiş etdirməsi faktı bütün dünya ictimaiyyəti üçün birbaşa təhlükədir. Bu, həmçinin Fransanın Strateji Silahların Azaldılması Müqaviləsi iştirakçıları klubuna üzvlüyü kontekstində xüsusi əhəmiyyət kəsb edir”.

Şoyqu deyib ki, Fransa həqiqətən də nüvə arsenalına malikdir və BMT-nin məlumatına görə, onun sayı təxminən 290 döyüş başlığıdır. Bundan əlavə, Parisin sərəncamında nüvə başlıqları ilə silahlanmış səsdən sürətli qanadlı raketlərlə taktiki aviasiya baxımından nüvə triadasının unikal elementi var. Rusiya Təhlükəsizlik Şurasının katibi hesab edir ki, Makron yenidən populist şüarlara əl atır, Avropa İttifaqı daxilində Rusiya əleyhinə ritorikasından maksimum siyasi dividendlər çıxarmağa çalışır: “Onun yürütdüyü daxili siyasət nəticəsində artıq bir sıra sosial-iqtisadi, siyasi, parlament və hökumət böhranlarına səbəb olduğunu görürük. Fransa prezidentinin ölkə daxilində reytinqi durmadan aşağı düşür - sosial sorğulara qatılan respondentlərin yalnız 21 faizi onun hərəkətlərini bəyənir”.

Vaşinqton Parisin mövqeyindən narazıdır

Əlbəttə, Parisin bu yanaşması Avropa məkanında hegemonluğunun güclənməsinə də xidmət edir. Təbii ki, bu vəziyyət ABŞ-ı qane etmir. Çünki Vaşinqton Avropa ölkələrini öz təsiri altında saxlamağa maraqlıdır.  Yeri gəlmişkən, “Financial Times” qəzetinin verdiyi məlumata görə, ABŞ administrasiyası NATO-ya üzv olan Avropa dövlətlərində əlavə nüvə silahlarının yerləşdirilməsi ehtimalını müzakirə edir. Qəzetin dərc etdiyi materialda müzakirələr barədə məlumatlı üç rəsmi şəxsə istinadla qeyd olunub: “ABŞ rəsmiləri nüvə silahına malik bombardmançı təyyarələrə ev sahibliyi edən mövcud altı ölkədən kənarda əlavə yerləşdirmələrə açıq olduqlarını bildiriblər”.

Qəzet yazır ki, bu addım nüvə zərbələri endirə bilən ABŞ-ın ikiqat qabiliyyətli təyyarələrinin (DCA) daha çox ölkəni əhatə etməsini nəzərdə tutur. Məqalədə bildirilir ki, NATO-nun şərq cinahında yerləşən dövlətlər, o cümlədən Polşa və Baltikyanı ölkələr potensial olaraq DCA bazalarına ev sahibliyi etməkdə maraqlıdır. Əvvəllər isə ABŞ Prezidenti Donald Tramp və onun köməkçiləri Avropa müttəfiqlərini hərbi sahəyə yetərincə maliyyə vəsaiti ayırmadıqlarına və özlərini müdafiə etmək üçün təkcə ABŞ-a güvəndiklərinə görə dəfələrlə tənqid ediblər.

Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış da NATO-nun Nüvə Paylaşımı proqramının mümkün genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdiyini təsdiqləyib. Nazir qeyd edib ki, nüvə mövzusu alyans ölkələrinin müdafiə nazirlərinin 18 iyunda Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək görüşünün gündəliyinə daxil ediləcək. Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri müzakirələrin təfərrüatlarını açıqlamaqdan imtina edərək, məsələni həssas adlandırıb və rəsmi açıqlamaların yalnız NATO səviyyəsində verilə biləcəyini vurğulayıb.

Litva hakimiyyəti də ölkə ərazisində müttəfiqlərin nüvə silahlarının yerləşdirilməsinə icazə verən mümkün konstitusiya dəyişikliyi ilə bağlı müzakirənin başlanmasını dəstəkləyib. Litva Seyminin  sədri Yuozas Olekas bildirib ki, ölkə mövcud geosiyasi vəziyyət fonunda konstitusiya məhdudiyyətlərinə yenidən baxmalıdır. Konstitusiyanın 137-ci maddəsi hazırda Litva ərazisində kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir.

Prezident Gitanas Nauseda da müzakirənin başlanması ideyasını dəstəkləyib. Seymin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Rimantas Sinkyaviçyus bu məsələ ilə bağlı partiyalararası müzakirənin də başlanmasının tərəfdarı olduğunu deyib. Konstitusiyaya düzəlişlər etmək üçün Seym üzvlərindən azı 94-nün səsi tələb olunur.

Dünyada nüvə silahlarına nəzarət sistemi zəifləyir

Məlumdur ki, hazırda ABŞ-ın nüvə arsenalı 2025-ci ilin məlumatlarına görə təxminən 5177 nüvə başlığından ibarətdir, bunlardan təxminən 1770 strateji başlıq yerləşdirilib. Rusiyanın arsenalı isə ümumilikdə təxminən 5459-5580 nüvə başlığından ibarətdir ki, bunların təxminən 1718 yerləşdirilmiş strateji başlığı var. Çin isə ən sürətlə artan arsenala sahib üçüncü ölkədir və onun nüvə arsenalı təxminən 600 başlıq səviyyəsində qiymətləndirilir, lakin yerləşdirilmiş strateji başlıqların sayı həddən çox aşağıdır. Bu rəqəmlər yalnız strateji silahları və əsas nüvə başlıqlarını əhatə edir. Taktiki nüvə silahları və ehtiyat başlıqlar adətən dövlətlər tərəfindən açıqlanmır və qismən təxmin edilir. Beləliklə, Çin gələcəkdə qlobal nüvə balansında daha aktiv rol oynamaq niyyətini nümayiş etdirir.

Bütün bunlarla yanaşı, regional nüvə güclərinin potensialı və yayılma riski də ciddi şəkildə artır. ABŞ və Rusiya arsenalını məhdudlaşdırmadığı təqdirdə, digər dövlətlər də nüvə silahına sahib olmağı təhlükəsizlik zəmanəti kimi görməyə başlaya bilər. İranın nüvə proqramı, Şimali Koreyanın davam edən raket sınaqları, Yaxın

Şərqdə potensial nüvə silahlanması müzakirələri bu kontekstdə diqqət çəkir. Hətta bəzi NATO ölkələri və regional dövlətlər uzunmüddətli perspektivdə nüvə silahı əldə etməyi düşünə bilərlər. Bu da qlobal səviyyədə nüvə silahlarının yayılma riskini artırır və nüvə silahlarına nəzarət sistemini zəiflədir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see401

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see340

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see271

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see269

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see216

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see197

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see197

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see195

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see193

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see185

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see183

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see183

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see182

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see181

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see178

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see178

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see178

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see167

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see164

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri