Icma.az
close
up
RU
Qərbin Qafqaza qayıdışı, yoxsa Parisin solo oyunu?

Qərbin Qafqaza qayıdışı, yoxsa Parisin solo oyunu?

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274,5 milyon avro dəyərində silah tədarükü müqaviləsi imzalayıb.

Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, yeni texnika, hərbi təlimlər və birgə əməliyyatlar yalnız müdafiə xarakteri daşıyır.

Məlumata görə, 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirib. Fransa Ermənistanı “Sezar” tipli özüyeriyən haubitsalar, 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğuları ilə təmin edir. 2022-ci ilə qədər bu ölkə Ermənistana demək olar ki, silah tədarük etmirdi.

Maraqlıdır, bu proses Qərbin bölgəyə qayıtması kimi qiymətləndirilə bilərmi, yoxsa bu, yalnız Fransa-Ermənistan ikitərəfli strateji layihəsidir?

Ermənistanın son iki ildə Fransadan rekord həcmdə, yəni yüz milyonlarla avro dəyərində silah alması, habelə İrəvanda Fransa hərbi missiyasının yaradılması, təkcə Paris–İrəvan xəttinin dar çərçivəsi kimi görünmür. Məsələnin arxasında Qərbin Cənubi Qafqaza qayıtmaq cəhdi dayanır. Lakin bu qayıdış sistemli və vahid strategiya ilə aparılmır. Daha çox fragmentar, şəxsi ambisiyalara söykənən və Fransanın liderlik iddiası ilə müşahidə olunan prosesdir.

Fransa bu gün Ermənistanı bölgədə öz geopolitik dayağı kimi formalaşdırmağa çalışır: Türkiyənin regional güc kimi yüksəlişinə və Rusiyanın zəifləyən təsirinə qarşı “mühafizə xətti” yaratmaq istəyir. Paris üçün Ermənistan yalnız hərbi-siyasi tərəfdaş deyil, həm də ideoloji layihədir.

Amma burada vacib məqam var. Bu, bütöv Qərbin deyil, daha çox Fransanın təşəbbüsüdür. ABŞ bölgədə daha praqmatik, AB isə daha çox iqtisadi və normativ xətt aparır. Vaşinqtonun region siyasəti Ukrayna və Yaxın Şərqdən dolayı prioritet itkisiz idarəetməyə, Brüsselin gündəliyi isə enerji təhlükəsizliyinə fokuslanıb.

Bir sözlə, Fransa–Ermənistan hərbi yaxınlaşması Qərbin Qafqaza dönüşünün elementidir, lakin indilikdə bu, vahid Qərb strategiyası deyil Fransanın öz maraqları üzərində qurulmuş siyasi-hərbi ekspansiya modelidir.

Elmar
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri