Park cinema da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” FOTOlar
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
08.01.2026 tarixində Park Cinemanın Flame Towers filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan "Səkkiz"in ikinci hissəsinin Qala Gecəsi baş tutdu.
Milli.Az xəbər verir ki, Qala Gecəsində incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə tanınmış yaradıcı şəxslər iştirak etmişdir. Tamaşaçılar 2-ci hissənin daha həyəcanlı və cəlbedici olduğunu qeyd etdilər.
Xatırladaq ki, 26.12.2025 tarixində "Səkkiz" çoxseriyalı bədii filminin Park Cinemada ilk hissənin Qala Gecəsi tamaşaçılar və qonaqlar tərəfindən böyük həyəcan və maraqla qarşılanmışdı. 4 ədəd iri zal, ümumilikdə 500-dən artıq qonaq və tamaşaçı bir gecədə onu yaradıcılarla izləmək şansını əldə etmişdilər.
"Səkkiz" çoxseriyalı bədii filminin həm ilk, həm də ikinci hissələri hal hazırda Park Cinemada nümayiş olunur.
Biletlər: https://new.parkcinema.az/az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















