Icma.az
close
up
RU
“AAAF Park”da təhlükəli vəziyyət Fotolar

“AAAF Park”da təhlükəli vəziyyət Fotolar

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində sakinlər avtomobil yolu ilə hətəkət etmək məcburiyyətində qalıb. Yaşayış kompleksində bütün səkilər zəbt edilib, obyekt sahibləri avtomobil yoluna qədər səkilərə piştaxtalar düzüblər.

Bu barədə Tribunainfo.az-a danışan narazı sakinlər kimə və hara şikayət edəcəklərini də artıq bilmirlər. Sakinlər bildirib ki, səkilər tamamilə zəbt edilib. Onlar ancaq avtomobil yolu ilə hərəkət edirlər. Bəzi obyekt sahibləri hətta avtomobil yoluna da yeşiklər yerləşdiriblər. Bu da həm avtomobillər üçün, həm də sakinlər üçün hərəkəti çətinləşdirir.

Sakinlər bildirirb ki, problemlə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti, “AAAF İnşaat” rəhbərliyinə dəfələrlə müraciət də ünvanlayıb, narazılıqlarını bildiriblər. Lakin sakinlərin şikayətinə baxan yoxdur.

Sakinlərin sözlərinə görə, bu hal təkcə kompleksin həyətində yaşanmır. Xırdalanın əksər küçə və prospektlərində vəziyyət eynidir. Səkilərdə qanunsuz tikililər hərəkəti çətinləşdirib. Bu tikililər, səkilərin zəbt edilməsi səbəbindən insanlar işə, dərsə gedib gələrkən daim təhlükə ilə üzləşirlər.

Xatırladaq ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onun adı tez-tez qanunsuz tikili işində hallanır.

“AAAF Park” sakinlərinin göndərdiyi fotoları təqdim edirik:

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri