Icma.az
close
up
RU
Parkda anasına 8 bıçaq zərbəsi endirdi Həbs EDİLMƏDİ

Parkda anasına 8 bıçaq zərbəsi endirdi Həbs EDİLMƏDİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göygöldə anasını bıçaqlayan 17 yaşlı oğlan barədə qərar açıqlanıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyul ayında Göygöl şəhərində yerləşən parkda baş verib.

Gənc oğlan anasının illər əvvəl atasını tərk edib başqa şəxslə ailə qurmasını heç vaxt qəbul edə bilməyib. O, anası ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb və Göygöl şəhərində görüşüb.

Görüş zamanı mübahisə yaranıb və o, üzərində gətirdiyi bıçaqla anasına səkkiz bıçaq zərbəsi endirib. Qadın sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Gənc məhkəmədə özünü təqsirli bilsə də, verdiyi ifadədə qisas niyyəti ilə hərəkət etdiyini deyib. O, anasının başqa bir şəxslə ailə qurmasını qəbul edə bilmədiyini və bu səbəbdən onu bıçaqladığını bildirib. Hadisəni planlaşdırmadığını, əsəbi anında belə bir addım atdığını qeyd edib.

"Anam bizi atıb başqa adamla ailə qurduqdan sonra ona nifrət etməyə başladım. Heç vaxt onunla danışmaq istəmədim. Son vaxtlar qisas almaq fikri məni rahat buraxmırdı. Ona yazıb görüş təyin etdim. Parkda onu görən kimi həyəcanlandım, cibimdəki bıçağı çıxarıb vurdum. İlk zərbəni vuranda qışqırdı, amma dayana bilmədim. Sonra qaçıb evə getdim və polisin gələcəyini gözlədim", - o, məhkəmədə deyib.

Zərərçəkmiş qadın isə məhkəməyə ifadəsində oğlunun illərlə atasının və digər qohumların təsiri altında olduğunu bildirib. Onun sözlərinə görə, oğlunun bu addımı atmasında başqalarının da təsiri olub.

Şahid ifadələrinə görə, hadisə parkın sakinlər olmayan bir yerində baş verib. Hadisədən dərhal sonra polis əməkdaşları qadına kömək edib və şübhəli şəxsin axtarışına başlayıb. Oğlan hadisədən sonra qaçaraq yaşadığı kəndə gedib və polisə könüllü təslim olub.

Məhkəmə bütün sübutları araşdıraraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinməsinə qərar verib. Ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub, lakin məhkəmə onun yetkinlik yaşına çatmamasını və zərərçəkmişin şikayətçi olmamasını nəzərə alaraq cəzanı şərti tətbiq edib.

Gənc 3 il müddətinə sınaq dövründə olacaq və məhkəmənin təyin etdiyi qaydalara riayət etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Mart 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri