General qızı həbs edilmədi Qərar verildi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
General-mayor Natiq Əliyevin dünən gecədən saxlanılan qızı Türkər Əliyeva məhkəməyə çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, onunla bağlı təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Prokuror təqsirləndirilən şəxsin ağır cinayətdə təqsirləndirildiyini, ən əsası şahidlərə təsir imkanının olduğunu əsas gətirərək həbs edilməsini tələb edib.
Türkər və vəkili isə əksinə təqdimatın əsaslı olmadığını deyib, təmin edilməməsini xahiş ediblər. Vəkil müvəkkilinin 4 azyaşlı uşağı olduğunu da məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə təqsirləndirilən şəxsin həbsinə əsas görməyib. Qərara əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq Türkel barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hakim təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.
Fotoda zərərçəkmiş Ceyhun Rzayev
Qeyd edək ki, Türkər keçmiş MTN generalı, hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevin şikayəti əsasında tutulub. İttihama görə, Türkər torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Rzayevdən külli miqdarda pul alıb.
Sumqayıt şəhər prokurorluğu tərəfindən general qızına Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 32.4, 313-cü (cinayətə təhrik etməklə vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Sail Ağasəlim

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















