Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? HÜQUQİ İZAH
Icma.az bildirir, Bizim media portalına istinadən.
Bu gün paytaxtımızda çoxsaylı qapalı parklanma əraziləri var. hərdən bu ərazilərdə sürücülər müxtəlif qəza törədir, qarşı tərəfin avtomobilinə zərər vurur. Ərazi qapalı olduğu üçün və prosesdə Dövlət Yol Polisinin əməkdaşının iştirakı olmaması səbəbi ilə dəymiş zərərin sığorta hesabına ödənişində problem yaranır.
Belə hallarda nə etmək lazımdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, bəzən açıq və ya qapalı parklanma olan ərazilərdə baş vermiş nəqliyyat qəzaları ilə bağlı dəymiş zərərləri kim ödəyəcək kimi suallara müxtəlif yanaşmalar eşidirik:
“Əslində burda baş vermiş hadisələrdən və avtomobildə hansı sığorta növünün olmasından asılı olaraq cavablar da dəyişir. Belə ki, parklanmada olan avtomobili hər hansı bir nəqliyyat vasitəsi zərər vurarsa, bu zaman zərərvuran avtomobilin icbari sığorta növü üzrə sığorta şirkəti yekunda zərərçəkənə ödənişi vermiş olur. Əgər zərərvuranın icbari sığorta şəhadətnaməsi olmadığı təqdirdə zərərçəkənin kasko sığortası şəhadətnaməsinin olmasına gərək duyulur.
Zərərçəkənin kasko sığortası olarsa, dəymiş zərəri əldə edə bilər.
Ancaq qeyd edilən sığorta növlərinin heç biri olmadığı halda məkandan asılı olmayaraq zərərçəkənə hər hansı bir ödəniş sığorta şirkətləri tərəfindən verilmir. Belə olan halda tərəflər ya öz aralarında razılığa gəlməlidirlər, ya da müvafiq qaydada məhkəməyə müraciət etməlidir”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















