Icma.az
close
up
RU
Yolda çuxura düşən avtomobilə dəymiş zərəri kim ödəməlidir?

Yolda çuxura düşən avtomobilə dəymiş zərəri kim ödəməlidir?

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanda yolların keyfiyyəti ilə bağlı narazılıqlar zaman-zaman gündəmə gəlir. Sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri də yolda qəfil yaranan çuxurlardır. Bu cür hallarda avtomobilin alt hissəsi, təkərləri, amortizator və sükan sistemləri zərər görə bilər. Bəs belə hallarda zərəri kim ödəməlidir?

"Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 5-ci bəndinə əsasən yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri sırasındadır.

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - yenilənib - VİDEO - FOTO

Hüquqşünasların fikrincə avtomobilə yol çuxuruna görə dəyən zərərə görə məsuliyyət yolun balansında olduğu qurumun üzərinə düşür. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və ya bələdiyyələr, icra hakimiyyətləri ola bilər. Yolun hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra sürücü rəsmi şəkildə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.

Lakin təcrübədə bu, çox da asan olmur. Sürücü aşağıdakı addımları atmalıdır:

Hadisə yerində dərhal foto və videoçəkiliş aparılmalı - çuxurun ölçüsü, yolda heç bir xəbərdarlıq əlamətinin olmaması və avtomobilin dəymiş hissəsi aydın görünməlidir.

Polis çağırılmalı və protokol tərtib olunmalıdır.

Ekspertiza - avtomobilin servisdə baxışı və zərərin qiymətləndirilməsi sənədlə təsdiqlənməlidir.

Yolun sahibinə rəsmi müraciət edilməlidir - bu qurum dəyən zərəri könüllü ödəməzsə, məhkəmə iddiası qaldırıla bilər.

Əgər avtomobil kasko sığortalıdırsa, bəzi hallarda sığorta şirkətləri bu xərci ödəyir və sonradan zərəri səbəb olan quruma qarşı regres iddiası qaldıra bilər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 İyul 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri