Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mayın 19-u, saat 13:00-da Əhməd Rəcəbli küçəsindəki rəsmi parklanma məntəqəsində dayandım. "AzParking" tətbiqinə daxil olub seansı başlatdım və ödənişi "Face ID" ilə təsdiqlədim. Ekranda vaxtın geriyə sayımı başladı - hər şey qanuni və şəffaf idi. Lakin cəmi iki saat sonra telefonuma əsassız cərimə protokolu gəldi. Tətbiqi açdıqda isə nə aktiv seans görünürdü, nə də tarixçə. "141" Çağrı Mərkəzinə zəng etdim və aldığım cavab belə oldu: "Bizim sistemdə görünmürsə, cəriməni ödəməlisiniz".

Bu paylaşımı jurnalist Bahadur Seyidov edib. Son vaxtlar bu tipli şikayətlərə tez-tez rast gəlirik. Kimi parklanmanı sonlandırsa da, sistemin əmri qəbul etmədiyini və arxa fonda balansından davamlı pul çıxıldığını deyir, kimi ödənişini edə bilmədiyini yazır. Qaydalara uyğun SMS göndərməsinə rəğmən, sistemin cərimə yazdığından şikayətlənənlər də var. Bəs rəqəmsal sistemin yaratdığı bu xaosda vətəndaş nə etməlidir?

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"141"-ə zəng edin

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın "141" Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.

"Artıq tətbiqə etibarım qalmayıb, hər dəfə ekran görüntüsü alıram"

Sistemdəki xəta ucbatından sübutsuz qaldığını və haqsız yerə cərimələndiyini bildirən Bahadur Seyidov isə deyir ki, əlində heç bir maddi sübut qalmadığı üçün dedikləri sadəcə iddia olaraq qalır: "Çünki əməliyyat nə "AzParking" tətbiqinin, nə də bankın tarixçəsinə düşüb. Şikayət etdikdə isə qurumdan "sistemdə yoxdur" cavabını alıram. Bilsəydim, ödəniş edən an ekran görüntüsü alardım. Belə halla artıq ikinci dəfədir qarşılaşıram. Əvvəlkində mənə dedilər ki, guya ödəniş etməmişəm. Bu dəfə isə "Face ID" ilə təsdiqlədiyim üçün tam əmin idim. Buna baxmayaraq, yenə də sübutsuz vəziyyətdəyəm. İndi artıq proqrama etibarım qalmayıb, hər dəfə park etdikdən sonra məcbur qalıb ekran görüntüsü alıram. Dövlət qurumunun bu cür yanaşması vətəndaşın inamını sarsıdır. Aydındır ki, proqram təminatında ciddi boşluqlar var, lakin qurum bunu araşdırmaqda maraqlı görünmür. Hətta əməliyyat istifadəçi interfeysində görünməsə belə, IT mütəxəssisləri arxa fonda edilən gedişləri görə və vətəndaşın xeyrinə qərar çıxara bilərlər. Təəssüf ki, bunu da etmirlər."

"Bu, istehlakçı hüquqlarının pozulmasıdır"

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, rəqəmsal parklanma sistemlərində mobil tətbiq, mərkəzi server, internet bağlantısı və nəzarət kameraları arasında uyğunsuzluq yarananda belə halların baş verməsi texniki baxımdan tam mümkündür: "Dünyanın müxtəlif ölkələrində də analoji xətalar zaman-zaman yaşanıb. Vətəndaş öz telefonunda "Face ID" ilə ödənişi təsdiqləyir, lakin həmin məlumat şəbəkə kəsintisi səbəbindən mərkəzi verilənlər bazasında qeydə alınmır. Nəticədə, sürücü hər şeyi qanuni etdiyini düşünsə də, sistem onu "ödəniş etməyən" kimi görür və avtomatik cərimə generasiya edir. Ən təhlükəli məqam isə tətbiqin əməliyyat tarixçəsini də silməsidir. Bu artıq sadəcə texniki nasazlıq deyil, hüquqi müstəvidə istehlakçı hüquqlarının pozulmasıdır. Problemin kökündə sistemin qeyri-şəffaf işləməsi dayanır".

"Müstəqil nəzarət mexanizmi qurulmalıdır"

Ekspert bildirir ki, dünyanın inkişaf etmiş ölkələrində parklanma başlayan kimi sürücüyə dərhal elektron qəbz göndərilir, bütün əməliyyatlar silinməz arxivdə saxlanılır. Azərbaycanda da bu mexanizm təcili tətbiq olunmalıdır: "Bundan əlavə, sistemdə kütləvi uyğunsuzluq varsa, araşdırma tamamlanana qədər cərimələrin icrası dondurulmalıdır. Sosial şəbəkələrdə yüzlərlə oxşar şikayət varsa, bu, artıq fərdi hadisə yox, sistemli problemdir. Təcili olaraq texniki audit aparılmalı və müstəqil nəzarət mexanizmi qurulmalıdır".

A.Nəbiyevin fikrincə, belə vəziyyətlə qarşılaşan vətəndaşlar rəqəmsal sübutları toplamağı vərdişə çevirməlidirlər: "Ən vacib addım parklanma başladığı anda dərhal ekran görüntüsü almaqdır. "Face ID" təsdiqi, geri sayım vaxtı, SMS bildirişi və bank çıxarışı kimi məlumatlar mütləq saxlanılmalıdır. Tətbiqdə tarixçə silinsə belə, bank əməliyyatının izi vətəndaşın xeyrinə ən ciddi sübutdur. Sürücülər yalnız "141" Çağrı Mərkəzinə zəng etməklə kifayətlənməməli, yazılı formada da şikayət ünvanlamalıdırlar".

Sistemdəki problemlər

İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, IT nöqteyi-nəzərindən bu cür halların baş verməsi tamamilə mümkündür. Problemin kökündə sistemlərarası asinxronizasiya və verilənlər bazası xətaları dayanır.

E.Abbasov bildirib ki, sistemdə yaşanan kütləvi nasazlıqların kökündə bank prosessinqi, mobil operator şlüzləri və mərkəzi nəzarət paneli arasındakı məlumat mübadiləsinin real vaxt rejimində sinxronlaşdırılmaması və konkurentlik xətaları dayanır: "Digər fundamental problem isə çağrı mərkəzi operatorlarının arxa fonda baş verən texniki xəta qeydiyyatı və sistem yaddaşı idarəetmə sistemlərinə çıxışının olmamasıdır. Bu səbəbdən operator verilənlər bazasındakı xətanı görə bilmir və vətəndaşa yalnız "sistemdə görünmürsə, ödəməlisiniz" kimi qeyri-peşəkar cavab vermək məcburiyyətində qalır".

"Vətəndaş elektron şikayət ərizəsi ünvanlamalıdır"

Ekspert düşünür ki, mərkəzi rəqəmsal sistemdə qeydiyyat itdikdə şifahi müraciətlər hüquqi sübut sayılmadığı üçün vətəndaş ilk növbədə bank tətbiqindən pulun silinməsini təsdiq edən elektron qəbzi, tranzaksiya kodlarını və ya gələn təsdiq mesajlarının ekran görüntülərini dərhal rəqəmsal sübut olaraq yadda saxlamalıdır: "Daha sonra, daxil olan əsassız cərimə protokoluna qarşı hüquqi müddət daxilində, yəni bildiriş rəsmi qaydada çatdırıldığı gündən etibarən 10 gün ərzində müvafiq nəqliyyat agentliyinə və ya məhkəməyə bank çıxarışlarını əlavə edərək elektron şikayət ərizəsi ünvanlamalıdır".

"Vətəndaşın sübutu yoxdursa, cəriməni ödəməlidir"

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, sürücülərin "AzParking" tətbiqini aktivləşdirib getdiyi, lakin sonradan onlara cərimə bildirişi gəldiyi hallarla təcrübədə çox tez-tez rastlaşırlar. Bu vəziyyət əksər hallarda ya sürücünün zona kodunu yanlış daxil etməsi, ya da sistemdə hansısa xətanın baş verməsi səbəbindən yaranır: "Bir tərəfdə "AzParking" avtomobilin parklanma yerində dayandığını vizual olaraq qeydə alaraq rəqəmsal bazada heç bir seansın açılmadığını rahatlıqla sübut edir. Digər tərəfdə isə sürücü tətbiqi işə saldığını, balansından vəsait tutulduğunu nümayiş etdirməlidir. Mövcud hüquqi qaydalara və qanunvericiliyin məntiqinə görə, sürücü hətta zona kodunu yanlış daxil etsə belə, məhz həmin saatda tətbiq vasitəsilə balansından pul çıxıldığını sübut edə bilsə, müvafiq müraciətdən sonra tərtib olunmuş protokol ləğv edilir və cərimə avtomatik silinir. Vətəndaşın seansı başlatmasına rəğmən sistemin bu məlumatı tamamilə itirdiyi, əməliyyatın tətbiqdə qoşulmamış kimi göründüyü spesifik hallara gəlincə, bu, tam texniki məsələdir. Məsələni hüquqi formada tənzimləmək və cərimənin silinməsinə nail olmaq üçün vətəndaşın əlində mütləq müəyyən maddi sübut olmalıdır ki, iddiasını əsaslandıra bilsin. Əgər sürücü texniki nasazlıq ucbatından ödənişə dair heç bir alternativ rəqəmsal sübut təqdim edə bilmirsə, cəriməni məcburi qaydada ödəməli olur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 İyun 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri