Icma.az
close
up
RU
Salyan yolunda sürücülər niyə cərimələnirlər? FOTO

Salyan yolunda sürücülər niyə cərimələnirlər? FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Salyan rayonuna gedən yolda, Şirvan kanalı üzərindən keçən magistral körpüdə tətbiq edilən yol nişanlanması sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən körpüdə hərəkət zolaqlarını ayıran bütöv (kəsilməz) xətt çəkilib:

"Körpüdən təxminən 50 metr aralıda yerləşdirilən nəzarət kamerası vasitəsilə bütöv xətti tapdalayan avtomobillər qeydə alınır. Daha sonra sürücülər Salyan Yol Polisi postunda saxlanılaraq cərimələnirlər".

Vətəndaşların sözlərinə görə, sual doğuran məqam eyni magistral yol üzərində yerləşən digər körpülərdə fərqli yol nişanlanmasının tətbiq edilməsidir:

"Qobustan qəsəbəsindəki körpüdə, eləcə də Ələt qəsəbəsində dəmiryolu üzərindən keçən körpüdə qırıq-qırıq xətlərdən istifadə olunur.

Bu vəziyyət sürücülər arasında bir sıra suallar yaradır. Şirvan kanalı üzərindəki körpüdə niyə məhz bütöv xətt çəkilib? Bu qərar hansı texniki və təhlükəsizlik əsaslarına söykənir? Eyni magistral yol üzərində yerləşən oxşar körpülərdə niyə fərqli nişanlanma tətbiq edilir?

Həmçinin sözügedən yol nişanlanmasının təsdiq edilmiş layihəyə və qüvvədə olan standartlara uyğun olub-olmadığı da aydınlaşdırılmalıdır".

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində, Şirvan kanalı üzərində yerləşən körpüdə və ona yaxınlaşma sahələrində 1.1 nişanlanma xəttinin (bütöv xətt) tətbiqi hərəkət təhlükəsizliyinin təmin edilməsi zərurətindən irəli gəlir.

Onun sözlərinə görə, həmin yol sahəsində bütöv xəttin çəkilməsi körpü üzərində manevrlər zamanı, o cümlədən körpünün yaxınlığındakı yan yollara daxil olan və oradan çıxan nəqliyyat vasitələri ilə toqquşma riskinin qarşısını almaq məqsədi daşıyır:

"Digər körpülərdə bu cür risk ehtimalı aşağı olduğundan nəqliyyat vasitələrinin sərbəst manevrinə icazə verilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri