Icma.az
close
up
RU
Parkinson xəstəliyinin ilkin əlamətlərini hansı qidalar sürətləndirir?

Parkinson xəstəliyinin ilkin əlamətlərini hansı qidalar sürətləndirir?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həddindən artıq emal olunmuş qidalar parkinson xəstəliyinin ilkin əlamətlərini sürətləndirə bilər.

Ölkə.az xəbər verir ki, bu barədə məlumat "Neurology" jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, hot-doq, hazır səhər yeməkləri və şəkərli qazlı içkilər kimi yüksək dərəcədə emal olunmuş məhsulları çox yeyən insanlarda parkinson xəstəliyinin prodromal (ilk) mərhələsinin əlamətləri daha tez müşahidə oluna bilər. Bu mərhələ hələ əsas hərəkət simptomları tremor (əsmə) və hərəkətlərdə sərtlik başlamamışdan əvvəl yaranır.

Araşdırmada 26 il ərzində təxminən 43 000 sağlam yetkin insan izlənilib. Onlar mütəmadi olaraq tibbi müayinələrdən keçib, sağlamlıq anketlərini doldurub və hər 2-4 ildən bir qida gündəlikləri aparıblar. Alimlər gündəlik qida rasionundakı emal olunmuş məhsulların miqdarını hesablayaraq aşağıdakı erkən simptomların əlaqəsini araşdırıblar: yuxu pozğunluqları, depressiya əlamətləri, bədəndə ağrılar, rəng görmə qabiliyyətində pozğunluq, iy bilmədə zəifləmə və gündüz saatlarında həddindən artıq yuxululuq.

Gündə 11 və daha çox porsiya ultrayüksək emal olunmuş qida istehlak edən şəxslərdə, bu məhsulları gündə 3-dən az porsiyada yeyənlərlə müqayisədə, parkinsonun üç və ya daha çox erkən əlamətinin inkişaf riski 2,5 dəfə çox olub.

Alimlər vurğulayırlar ki, bu tədqiqat emal olunmuş qidaların birbaşa olaraq parkinson xəstəliyinin erkən əlamətlərinə səbəb olduğunu sübut etmir, sadəcə bu iki hal arasında əlaqəni göstərir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri