Parlament gənclərin sağlamlığı üçün radikal addım atdı
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elektron siqaretlər tam qadağan olunacaq
Dövlət büdcəsi yox, vətəndaş sağlamlığı önəmlidir
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. Məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək. Bununla yanaşı, layihədə qanunvericiliyə yeni anlayışların da daxil edilməsi təklif olunur. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
Parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib ki, hələ də gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var. O qeyd edib ki, bu çox acınacaqlıdır: "Qadınlarımız, qızlarımız bir çox hallarda elektron siqaretdən istifadə edirlər. Bu bizi düşündürür".
"Elektron siqaretlər onkoloji xəstəliyə xəbəb olur"
Deputat Əlibala Məhərrəmzadə deyib ki, elektron siqaretin onkologiya xəstəliyinin yaranmasına da təsirləri var. Son illərdə onkologiya xəstələrinin sayı artır. Ola bilsin ki, bu da səbəblərdən biridir. O bildirib ki, bu siqaretlər tütünlə bağlı olmadığı üçün, bizə iqtisadi olaraq xeyrindən çox ziyanı var: "Birmənalı olaraq elektron siqaretlərin Azərbaycanda təbliğatının, satışının, reklamının qadağan edilməsinin tərəfindəyəm. Çünki marketinq səbəbindən də insanlar buna meyl edirlər. Bizim xanımlarımız da kifayət qədər bundan istifadə edirlər. Bu, hər yerdə müşahidə olunur. Bu da çox pis haldır".
"Dövlət üçün əhəmiyyətli vətəndaşın sağlamlığıdır"
Deputat Azər Əmiraslanov deyib ki, bütövlükdə siqaret bazarına münasibətdə dövlət fiskal maraqlar güdmür: "Bu seqment tamamilə qadağan edildikdən sonra həm idxal rüsumlarından, həm aksizlərdən, eyni zamanda əlavə dəyər vergisindən dövlət bir növ imtina etmiş olur. Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər, prinsiplər olduqca önəmlidir". O qeyd edib ki, elektron siqaretlər idxala əsaslanır və bunun yerli istehsalı yoxdur: "Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır. İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir məbləğdə idxalı var. O baxımdan bunun həm də indiki şəraitdə iqtisadiyyatımız üçün müsbət tərəflərini qeyd edə bilərik. Qadağalar varsa da, qara bazar, qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın təmin edilməsi halları da müşahidə oluna bilər. Sonrakı mərhələdə biz hesab edirik ki, məhz bu qara bazarın formalaşmasına qarşı ciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlər rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı alınmaqdadır".
"Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub"
Millət vəkili Musa Quliyev bildirib ki, tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim qanunlarımız var: "Təəssüf olsun ki, bu qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, onun işləməsi haqqında o sözləri deyə bilmirik". O bildirib ki, xüsusən tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir: "Çox təəssüf olsun ki, qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub, hətta dənə-dənə siqaretlər satılır. Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır. Mən çox arzu edərdim ki, qanuna nəzarət edən orqanlar bu sahədə öz fəaliyyətlərini artırsınlar".
"Nəzarət etmək olmur"
Deputat Eldar İbrahimov gənclərin siqaretlə yanaşı, narkotik vasitələrə meyillənməsinin qarşısının alınmasının zəruri olduğunu vurğulayıb: "Nəzarət etmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ bu qanunun yerinə yetirilməsi üçün mexanizmin olmasıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Dekabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















