Icma.az
close
up
RU
Virtual dünyanın tələsi: Gənclərin psixoloji sağlamlığı üçün təhlükə

Virtual dünyanın tələsi: Gənclərin psixoloji sağlamlığı üçün təhlükə

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal platformalarda uzun müddət vaxt keçirmək müasir dövrdə gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial medianın məlumat əldə etmək və ünsiyyət imkanlarını genişləndirməsinə baxmayaraq, onun həddindən artıq istifadəsi gənclərin psixoloji vəziyyətinə, emosional tarazlığına və sosial bacarıqlarının formalaşmasına ciddi təsir göstərə bilir.

Virtual mühitdə uzunmüddətli aktivlik real sosial əlaqələrin zəifləməsinə, diqqət dağınıqlığına və asılılıq davranışlarının yaranmasına səbəb ola bilər.

Bu baxımdan, sosial media asılılığının qarşısının alınması təkcə fərdi məsuliyyət yox, eyni zamanda, ailə və təhsil sisteminin koordinasiyalı yanaşmasını tələb edən sosial məsələ kimi çıxış edir.

Sosial media asılılığını azaltmaq üçün ailə və təhsil sistemi hansı addımları ata bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirib ki, get-gedə texnoloji vasitələrin daha çox aludəçisi oluruq:

“Yeni nəsillər daha çox onlayn olan, daha çox şəbəkələşmiş görünən, amma reallıqda daha tənha insanlardan ibarətdir. Bu gənclərin psixososial kimliyinə və sağlamlığına zərbə vururmu? Əlbəttə, vurur. Sosial media gənclərə daimi olaraq özlərini kimlərləsə müqayisə edə biləcəkləri mühit yaradır. Bu isə özünəinamın zəifləməsi, stress, narahatlıq və diqqət dağınıqlığı kimi problemləri artırır. Hələ mən sosial bacarıqların ancaq ekran başında "smaylik" göndərərkən istifadə olunmasından, insanların duyğusal soyuqluq və donuqluq yaşamasından danışmıram”.

Yusif Nəbiyev: Məktəblərdə diqqət, emosional tənzimləmə və real ünsiyyət bacarıqlarını gücləndirən proqramlar tətbiq olunmalıdır

Müsahibimiz qeyd edib ki, bu vəziyyətlə ailə səviyyəsində effektiv şəkildə başa çıxmağın əsas yolu isə sadəcə qadağa qoymaq yox, rol model olmaqdır:

“Yəni valideyn özü telefondan başını qaldırmırsa, uşağa “o zibilə az bax” demək heç bir şeyi dəyişdirmir və hətta bir az ironik görünür. Uşaqlar deyilənə yox, gördüklərinə baxırlar. Ailədə birgə vaxt keçirmək üçün xüsusi zaman ayırmadan, telefonsuz aktivitələrə yer vermədən və real sosial fəaliyyətlər yaradılmadan telefondan və bənzər texnoloji vasitələrdən asılılığı azaltmaq çətin məsələdir”.

Yusif Nəbiyevin fikrincə, təhsil sistemi isə sosial medianı şeytanlaşdırmaq, günah keçisi eləmək əvəzinə, rəqəmsal savadlılıq və psixoloji dayanıqlıq üzərində işləməlidir:

“Məktəblərdə diqqət, emosional tənzimləmə və real ünsiyyət bacarıqlarını gücləndirən proqramlar tətbiq olunmalıdır. Qısacası, gənclərə “telefon pisdir” deməkdənsə, “telefondan başqa da həyat var” hissini yaşatmaq lazımdır”.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri