Icma.az
close
up
RU
Parlament Görüşündə iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Parlament Görüşündə iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər müzakirə edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sessiyada parlamentlərin sağlamlıq və iqlim problemlərinin həllinə hərtərəfli yanaşma tətbiq edə bilməsi yolları araşdırılıb. Bundan başqa, ərzaq təhlükəsizliyi və qidasızlığa səbəb olan kənd təsərrüfatı və balıqçılıq sektorunda itkilərin azaldılması strategiyaları müzakirə edilib.

Uruqvay Senatının üzvü İren Moreyra deyib ki, iqlim dəyişikliyi insan sağlamlığına birbaşa və dolayı yolla təsir edir:

"Xüsusilə yaşlı insanlar, uşaqlar üçün bu risk daha böyükdür. İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, ona əlçatanlığı da azaldır. Temperaturun artması öz növbəsində müvafiq sahələrdə məhsuldarlığı azaldır. Daşqınlar, hava dəyişikliyi iş şəraitinə də təsir edir".

Milli Məclisin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, iqlim dəyişikliyi üzrə beynəxlalq ekspertlər qrupunun rəyinə görə, temperaturun artması insanların həyatına ciddi təsir göstərə bilər:

"COP29-da müzakirəsi aparılan maliyyə yardımlarından başqa, səhiyyə sistemlərini də maliyyələşdirmək çox vacibdir. Pandemiyaya hazırlıq, qarşısının alınması və cavab tədbirlərinə də maliyyə ayrılmalıdır".

Deputat vurğulayıb ki, Azərbaycanda transsərhəd su axarlarının çirklənməsi ilə bağlı ciddi problem var:

"Qonşu ölkələrin bəzi mədən sənayesi obyektləri sərhədlərdə transsərhəd çay hövzələrinin yaxınlığında yerləşir və tullantılar Kür və Araz, eləcə də ölkənin digər çaylarına axıdılır. Bu, əhalinin sağlamlığında problemlər yaradır, xərçəngə yoluxma hallarının artmasına, həmçinin Araz çayının suyundan istifadə edən kənd təsərrüfatına ziyan vurur".

Sonda sual-cavab sessiyası baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see127

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see125

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see125

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see124

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri