Parlament PUA larla bağlı yeni rüsumları təsdiqlədi Siyahı
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.
Axar.az xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə layihədə əksini tapıb.
Aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:
- Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat
- Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat
- Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat
- Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat
- Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat
- Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat
Yekunda məsələ səsə qoyularaq qəbul olunub.
Baxış sayı:99
Bu xəbər 01 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















