Parlament sədrlərinin ilk qeyri rəsmi görüşü keçirildi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, habelə Türkmənistan və Özbəkistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə birinci qeyri-rəsmi görüşü baş tutub.
Bu barədə "Ölkə.az"a TÜRKPA-dan məlumat verilib.
"Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə baş tutan görüşdə TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliev, Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva, Macarıstan Milli Assambleyası sədrinin birinci müavini Marta Matrai, Şimali Kipr Respublika Məclisi sədrinin müavini Fazilet Özdenefe, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komissiyasının sədri Maksat Kuliyev və TÜRKPA Baş katibi Ramil Həsən iştirak ediblər", - məlumatda bildirilib.
Görüş zamanı qardaş dövlətlərin parlament sədrləri TÜRKPA-nın son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirib, siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafı, xüsusilə təşkilat daxilində vahid qanunvericilik bazasının və model qanunların hazırlanması və tətbiqi istiqamətində birgə səylərə tam dəstəyini bir daha ifadə ediblər.
Görüş R. Həsənin son altı ay ərzində həyata keçirilmiş fəaliyyətlər, o cümlədən üzv və müşahidəçi dövlətlərin parlament rəhbərləri və xarici işlər nazirləri ilə keçirilmiş görüşlər barədə hesabatı ilə davam edib. Baş katib TÜRKPA-nın islahat prosesi çərçivəsində yeni hüquqi sənədlərin hazırlanmasının başa çatdığını və üzv dövlətlərin bu barədə rəsmi şəkildə məlumatlandırıldığını qeyd edib. Həmçinin 2027–2028-ci illər üçün Büdcə Proqramının yekunlaşdırıldığı və TÜRKPA-nın bu istiqamətdə üzv dövlətlərin dəstəyini gözlədiyi vurğulanıb.
Özbəkistan Respublikası Ali Məclisi Senatının yaxın vaxtlarda TÜRKPA-nın tamhüquqlu üzvünə çevriləcəyinə dair inamını ifadə edən Baş katib, təşkilatın Türkmənistan, Macarıstan və Şimali Kipr ilə genişlənən əməkdaşlığını da xüsusi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Aprel 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















