Parlamentari: Azərbaycan Avropanın təbii qaz tələbatında mühüm rol oynayır
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Biz 10 Avropa ölkəsini qazla təmin edirik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır", - dövlət başçısı vurğulayıb.
Millət Vəkili Vüqar Bayramov “Sherg.az”a bildirdi ki, Azərbaycanla Avropa arasında təbii qaz sahəsində əməkdaşlıq genişlənməkdədir:

“Nəzərə alsaq ki, Azərbaycan 2020-ci ilin dekabr ayından etibarən Avropaya təbii qaz ixracını həyata keçirir və son illərdə bu ixracın artımı müşahidə olunur. Bu prosesin əsas məqsədi Avropaya nəql edilən qazın həcmini 20 milyard kubmetrə qədər artırmaqdır. Bu fakt göstərir ki, hazırda Azərbaycan Avropanın təbii qaz tələbatında mühüm rol oynayaraq, Avropanın qaz idxalında ilk beşlikdə qərarlaşır və gələcəkdə bu mövqeyini daha da möhkəmləndirə bilər. Beləliklə, bir tərəfdən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsi təmin olunur, digər tərəfdən isə ölkəyə əlavə valyuta axınına şərait yaranır. Bu, iqtisadiyyat üçün valyuta gəlirlərinin artması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, geosiyasi aspektdən Azərbaycanın mövqeyinin güclənməsinə xidmət edir. Azərbaycan praktiki olaraq regionda orta gücə malik dövlət statusunu formalaşdırmaqdadır və bu kontekstdə enerji əməkdaşlığı ilə yanaşı, nəqliyyat sahəsində də regional inteqrasiyanın qurulması, ölkə iqtisadiyyatının inkişafını stimullaşdırmaqla bərabər, Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















