Icma.az
close
up
RU
Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır Cin Baderşnayder FOTO

Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır Cin Baderşnayder FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycan öz resursları və dayanıqlı inkişaf strategiyaları ilə Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır.

Bunu Trend-ə müsahibəsində "ExxonMobil"in keçmiş vitse-prezidenti və İnsan alverinə qarşı Qlobal kampaniyanın rəhbəri Cin Baderşnayder bildirib.

"Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycan Avropanın köməyinə gələrək, onun qaza olan tələbatının hardasa 4 faizini təmin edib. Belə kiçik ölkə üçün bu əhəmiyyətli rəqəmdir", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji, ələlxüsus da külək enerjisi sektorunda da əhəmiyyətli potensialı var.

"Bu cür texnologiyaların dəyərinin düşməsi şəraitində bərpaoluna bilən enerji mərkəzinin yaradılması mühüm rol oynaya bilər. İqlim dəyişiklikləri bizi yanaşmaları yenidən nəzərdən keçirməyə məcbur edir, amma onu da qeyd etmək vacibdir ki, "yaşıl" enerjiyə keçid getdikcə neft-qaz sektoru ilə müqayisədə iqtisadi baxımdan daha sərfəli olur", - deyə Cin Baderşnayder bildirib.

Qlobal çağırışlardan söz açarkən o, qlobal siyasi sistemin qeyri-sabitliyini vurğulayıb.

"Bakı Qlobal Forumunda bir çox vacib suallar müzakirə olunur. Yeni ittifaqlara və əməkdaşlıqlara ehtiyac olduğunu dünya ictimaiyyəti anlamlıdır, belə ki, çoxtərəfli yanaşma hazırda böhran dövrünü yaşayır. Ümidvaram ki, Avropa ölkələri və digər ölkələr bu prosesdə öz rollarını anlayacaqlar. Biz ittifaqlar, əməkdaşlıqlar və çoxtərəflilik barədə düşünməliyik, çünki indi çoxtərəfli dünya düzən olduqca səbatsız vəziyyətdədir", - deyə o bildirib.

Cin Baderşnayder, həmçinin, iqlim gündəminin əhəmiyyətindən söz açıb.

"Biz COP29-u və qəbul edilmiş cəsarətli öhdəlikləri dəstəkləməliyik. Lakin COP30-un mənzərəsi olduqca qaranlıq görünür: ABŞ prosesdən çıxıb, cəmi 5 faiz ölkə milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDCs) təqdim edib. Biz olduqca mənfi mövqedən başlayırıq", - deyə o qeyd edib.

Bununla belə, onun sözlərinə görə, iqtisadi amillər iqlim problemlərinin həllində müsbət rol oynaya bilər.

"Bakıdan Belemə (Braziliya) marşrutu və 1,3 trilyon ABŞ dollarının cəlb edilməsi məsələsi, həqiqətən də, vacibdir. Bizim üzləşdiyimiz qlobal çağırışlar var - sülh və təhlükəsizlik, amma bizə faydalı ola biləcək iqtisadi faktorlar da var", - deyə Cin Baderşnayder bildirib.

O bildirib ki, beynəlxalq gündəmdə müdafiə və milli təhlükəsizlik məsələlərinin üstünlük təşkil etməsinə baxmayaraq, qlobal razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsini unutmaq olmaz.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri