Icma.az
close
up
RU
Parlamentari: Davos Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir

Parlamentari: Davos Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2025-ci ilin Davos Qlobal İqtisadi Forumu Ağıllı Əsir üçün əməkdaşlıq mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. Bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etmək baxımından çox əhəmiyyətli platformadır”.


Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov söyləyib.


O qeyd edib ki, bu platformada Azərbaycanın iştirakı çox əhəmiyyətlidir:


“Ümumiyyətlə, Davos Forumu iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır. Çünki, foruma dövlət və hökumət başçıları, hökumət nümayəndələri, biznes strukturların rəhbərləri olmaqla 130 ölkədən 3000-ə yaxın lider toplaşacaq. Forum çərçivəsində iqtisadi mövzularla yanaşı siyasi məsələlər də müzakirə olunur. Dövlət başçımız İlham Əliyevin də bu forumda iştirakı çox önəmlidir. Davosa etdiyi səfərin ilk günündə dövlət başçımız  Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşıyan bir çox məsələlərə münasibət bildirilmişdir. O cümlədən Qlobal İqtisadi Forum  çərçivəsində dövlət başçımızın digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşməsi ənənəvi xarakter almışdır. Bu baxımdan  Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin ölkəmizlə əməkdaşlıq imkanlarını müzakirəsi baxımından çox əhəmiyyətli olmuşdur. Tədbir çərçivəsində dövlət başçımızın bir çox görüşlər keçirəcəyi, ölkəmizin investisiya mühiti ilə bağlı əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağı gözlənilir”.


Deputat bildirib ki, Azərbaycanın investisiya  və biznes mühiti daxili və xarici investorlar üçün əlçatandır:

“Hesab edirəm ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir. Davos İqtisadi Forumunun hesabatları  Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabət qabiliyyətli iqtisadi mühiti ilə bağlıdır.  Bu baxımdan forumda iştirakımızın  ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və  investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli  olacağını hesab edirəm. Həm də forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparacaqlar. Bu da bir çox qlobal xareakterli siyasi məsələlərin həll olunmasına, regional məsələlərin müzakirə olunaraq əməkdaşlığın formalaşmasına və sözümüzün gücünün artmasına töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri