Icma.az
close
up
RU
Parlamentari: İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır

Parlamentari: İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Ölkəmizin başçısı bildirib ki, İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir:

"Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.

Eyni zamanda Prezident İlham Əliyev deyib ki, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir:

"Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı".

Strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Həmçinin Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari tərəfdaşıdır.

Qeyd edək ki, İtaliyanın mətbu orqanları ölkə Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərini diqqət mərkəzində saxlayıb.

“RAI”, “Adnkronos”, “Italpress”, “Askanews”, “Il Sole 24 Ore”, “Borsa Italiana”, “La Gazzetta del Mezzogiorno”, “Virgilio”, “Cremaoggi” kimi informasiya agentlikləri və xəbər portallarının yaydığı materiallarda Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sercio Mattarella üçün rəsmi qarşılanma mərasiminin keçirildiyi, iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinin olduğu, mətbuata bəyanatlarla çıxış etdikləri bildirilir.


Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a deyib ki, İtaliya prezidenti Sercio Matarellanın ölkəmizə səfəri  Azərbaycan İtaliya münasibətlərinin inkişafına yeni bir impuls verəcək:


"Ümumiyyətlə dövlət başçılarımızın qarşılıqlı səfərlərinin müntəzəm hal alması dövlətlərimiz arası əməkdaşlığı yaxınlaşdırdığı kimi xalqlarımız arasında münasibətlərin də inkişafına töhfədir. İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında sənəd və 7 il əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlığın genişləndirlməsinə dair Bəyyannamə ölkələrimizarası münasibətlərin hərtərəfli inkişafı üçün hüquqi baza yaradıb. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. İtaliya Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda həmişə dəstəkləyib. İqtisadi əlaqələrimiz isə günü-gündən dərinləşir. Belə ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətin 90%-ə yaxını Azərbaycanın payına düşür. Ölkələrimiz arasında 2024-cü ildə 16 milyard dollardan çox ticarət dövriyyəsi olub. Bu da İtaliya Azərbaycanın  birinci xarici tərəfdaş olduğunu göstərir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdə dayanır. Qaz ixracında isə ikinci yerə malikik. Azərbaycanın ərsəyə gətidiyi Cənub Qaz Dəhlizi layihəsi Xəzərdə istehsal olunan qazın 3500 km uzunluğunda boru kəməri vasitəsilə İtaliyaya çatdırmağımıza imkan verib. Bu gün biz İtaliyaya 10 milyard kub metrdən çox təbii qaz ixrac edirik. Azərbaycanın enerji sektorunun inkişaf etdirilməsində İtaliya xüsusi rol oynayır. Belə ki, bir müddət əvvəl yenicə istifadəyə verilmiş 1280 MeqaVatt gücündə İstilik Elektrik stansiyasının yenidən qurlmasında İtaliya şirkətləri yaxından iştirak edib. Sumqayıt Kimya-Sənayesi Parkında Azərbaycan-İtaliya müəsisəsi yaradılıb və bu müəsisənin açılışında dövlət başçılarımız iştirakı mühüm haldır. İşğaldan azad olunmuş ərazilərdə ağıllı şəhər və ağıllı kənd layihələrin icrasında İtaliya şirkətləri yaxından iştirak edirlər.  Ağdam Sənaye Parkında holland və mozzerella pendiri, italiyan pendiri istehsal edilən və investisya tutumu 2,2 milyan dollar olan süd məhsulları istehsalı zavodu tikilib. Ölkələrimiz arası iqtisadi münasibətlər çox şaxəlidir və bu istiqamətdə çoxlu məsələləri qeyd etmək olar".


Deputat əlavə edib ki, İtaliya ilə münasibətlərimiz ancaq siyasi və iqtisadi sahədə əməkdaşlıqla bitmir:

"Biz humanitar sahədə də əməkdaşlığımızı genişləndiririk. Belə ki, İtaliayda Azərbaycan mədəniyyəti günləri keçirilib. Bu mədəni tədbirləri çərçivəsində italiyanlar azərbaycanlıların mədəniyyəti və mətbəxi ilə tanış ola bilib. Bu gün isə Bakıda Azərbaycan-İtaliya universitetimnin açılış olacaq. Həmin universitet ilk növbədə ölkəmiz üçün çox vacib sahələr üzrə yüksək ixtisaslı mütəxəsislərin hazırlanmsında əsas rol oynayacaq. Məsələn, yeni açılan Azərbaycan-İtaliya universitetində fəaliyyət göstərəcək aqronomiya və baytarlıq fakültələri ölkəmizin aqrar sektorunun inkişafı üçün çox vacib mütəxəsislərin hazırlanmasına töhfə verəcək. Bu universitet həm də ölkələrimiz arası münasibətlərin möhkəmlənməsində vacib rol oynayacaq. Belə ki, Azərbaycan-İtaliya universitetini bitirən hər bir şəxs hər iki ölkəmizin səfirləri və nümayəndələri olacaqlar. Bu baxımdan həmin mütəxəsilər dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan və İtaliyanın maraqlarını müdafiəçiləri sayılacaq. Təbii ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıqın dərinləşməsi Azəbaycan-İtaliya münasibətlərinin möhkəmlənməsində əsas rol oynayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri