Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bəhreyn Azərbaycanın Yaxın Şərqə açılan yeni qapısıdır

Bəhreyn Azərbaycanın Yaxın Şərqə açılan yeni qapısıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Polisentrik dünya nizamında iki ölkənin koordinasiya olunmuş siyasəti

Cənubi Qafqazın lider dövləti statusunu qətiyyətlə daşıyan Azərbaycan Respublikası ilə Körfəz regionunun strateji əhəmiyyətə malik ölkəsi Bəhreyn Krallığı arasındakı münasibətlər Avrasiya və Yaxın Şərq arasındakı siyasi-iqtisadi körpülərin möhkəmlənməsində həlledici rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı qlobal miqyasda etibarlı tərəfdaşa çevirib. Bu strategiyanın mühüm tərkib hissəsi kimi Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərlə, xüsusilə də Bəhreynlə əlaqələrin yüksələn xətt üzrə inkişafı diqqətəlayiqdir. 1996-cı il noyabrın 6-da əsası qoyulan diplomatik münasibətlərin 2026-cı ildə 30 illiyi qeyd edilərkən, tərəflər arasında formalaşan qarşılıqlı etimad mühiti, siyasi dialoqun intensivliyi və beynəlxalq platformalardakı həmrəylik əməkdaşlığın strateji məzmun kəsb etdiyinin göstəriciləridir.

Diplomatik münasibətlərin qurulmasından ötən otuz il ərzində Azərbaycan və Bəhreyn arasındakı əlaqələr müxtəlif sınaqlardan uğurla çıxıb, hər iki dövlət ən çətin məqamlarda bir-birinə birmənalı dəstək nümayiş etdirib və xüsusilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması məsələsində Krallığın sərgilədiyi prinsipial mövqe rəsmi Bakı tərəfindən hər zaman yüksək qiymətləndirilib. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT çərçivəsində Bəhreynin Azərbaycanın haqlı mövqeyini müdafiə edən qətnamələri dəstəkləməsi, Manamanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin, eyni zamanda, İslam həmrəyliyinə verdiyi önəmin əyani təzahürüdür. İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı bərpa-quruculuq mərhələsində Bəhreyn rəhbərliyinin, xüsusilə Kral Həməd bin İsa Əl Xəlifənin Azərbaycan dövlətinə və xalqına ünvanladığı təbrik məktubları, siyasi dəstək bəyanatları iki ölkə arasındakı qardaşlıq bağlarının sarsılmazlığını nümayiş etdirir.

Bu ay Bəhreyn Krallığında keçirilən Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin, Milli Məclisin rəhbərliyinin iştirakı və Kral Həməd bin İsa Əl Xəlifə tərəfindən yüksək səviyyədə qəbul edilməsi münasibətlərin parlamentlərarası diplomatiya müstəvisində də yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir.

Qlobal təhlükəsizlik arxitekturasının həssaslığı şəraitində Azərbaycan və Bəhreyn arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsi də gündəlikdə duran vacib mövzulardandır. Manama Dialoqu kimi nüfuzlu platformalarda Azərbaycan rəsmilərinin mütəmadi iştirakı, regional və qlobal təhdidlərə qarşı birgə mübarizə mexanizmlərinin müzakirə edilməsi baxımından əhəmiyyətlidir. Terrorizmə, ekstremizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə tərəflərin nümayiş etdirdiyi həmrəylik regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir.

Mövcud proseslərin məntiqi davamı olaraq, yaxın illərdə Azərbaycan-Bəhreyn münasibətlərinin yeni müstəviyə yüksələcəyini proqnozlaşdırmaq mümkündür. Bu yüksəliş, ilk növbədə, hər iki dövlətin rəhbərliyinin siyasi iradəsindən qaynaqlanır. Proseslərin təhlili göstərir ki, Bəhreyn Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaş kimi qəbul etməyə davam edəcək və rəsmi Bakı da öz növbəsində, Körfəz regionundakı maraqlarının təmin olunmasında Manama ilə əlaqələrinə xüsusi önəm verəcək. İqtisadi sahədə, bərpaolunan enerji mənbələri üzrə birgə layihələrin reallaşdırılması, Azərbaycanın yaşıl enerji potensialının Bəhreynin investisiya imkanları ilə birləşdirilməsi qlobal enerji keçidi prosesinə mühüm töhfə ola bilər. Həmçinin, rəqəmsal iqtisadiyyat, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlıq gələcək münasibətlərin lokomotivi rolunu oynamaq potensialına malikdir.

Azərbaycanın Orta Dəhliz layihəsinin reallaşdırılmasında oynadığı aparıcı rol Bəhreyn üçün Asiya və Avropa bazarlarına çıxış alternativlərini şaxələndirmək baxımından strateji fürsətdir. Bəhreyn limanları ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığın qurulması logistik zəncirlərin inteqrasiyasına şərait yaradacaq. Həmin əməkdaşlıq Çindən Avropaya uzanan ticarət yollarının səmərəliliyini artıracaq və Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da möhkəmləndirəcək. Digər tərəfdən, Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsindəki potensialı səhra iqliminə malik Bəhreyn üçün həyati əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının idxalını şaxələndirmək imkanı yaradır.

Dünya siyasətində baş verən qütbləşmələr fonunda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın qazandığı böyük nüfuz və təcrübə Bəhreynlə beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə zəmin yaradır. BMT, İƏT və Qoşulmama Hərəkatı platformalarında tərəflərin vahid mövqedən çıxış etməsi hər iki dövlətin milli maraqlarının qlobal səviyyədə effektiv qorunmasına imkan verir. Xüsusilə, iqlim dəyişmələri ilə mübarizə, su resurslarının idarə olunması, ərzaq təhlükəsizliyi kimi qlobal çağırışlar qarşısında Azərbaycan və Bəhreynin səylərini birləşdirməsi bəşəriyyəti narahat edən problemlərin həllinə verilən töhfədir. Bakının ev sahibliyi etdiyi qlobal tədbirlərdə, o cümlədən COP konfranslarında Bəhreyn nümayəndə heyətlərinin fəal iştirakı ekoloji problemlərin həllində tərəflərin ortaq baxışa malik olduğunu təsdiqləyir.

2026-cı il və sonrakı dövr Azərbaycan-Bəhreyn münasibətlərində “qızıl dövr” kimi xarakterizə oluna bilər. Liderlərin qarşılıqlı inamı, xalqların dostluğu və iqtisadi maraqların uzlaşması, strateji tərəfdaşlığın davamlılığını təmin edən mühüm amillərdir. Regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın atdığı qətiyyətli addımlar Bəhreyn tərəfindən hər zaman dəstəklənib. Siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi layihələrin miqyasının genişlənməsi və humanitar əlaqələrin dərinləşməsi Bakı ilə Manama arasındakı məsafəni simvolik olaraq qısaldır və iki dost ölkəni vahid hədəflər ətrafında birləşdirir.

Azərbaycan və Bəhreyn münasibətləri, coğrafi uzaqlığa baxmayaraq, xalqların və maraqların yaxınlığının bariz nümunəsidir. Prezident İlham Əliyevin və Kral Həməd bin İsa Əl Xəlifənin siyasi iradəsi xalqlarımızın rifahı naminə atılan addımların qarantıdır. Qarşıdakı illərdə biz bu əməkdaşlığın daha da şaxələndiyini, yeni sahələri əhatə etdiyini və hər iki dövlətin qüdrətinin artmasına xidmət etdiyini görəcəyik. Məhz bu cür tərəfdaşlıqlar müasir dünyanın fırtınalı okeanında dövlətlərin təhlükəsizliyini və inkişafını təmin edən “təhlükəsiz liman” rolunu oynayır. Hadisələrin sonrakı inkişafınin bu proqnozumuzun doğruluğunu sübut edəcəyinə və Azərbaycan–Bəhreyn dostluğunun yeni uğurlara imza atacağına əminik.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:638
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri