Icma.az
close
up
RU
Parlamentari: Laçın Hava Limanı yeni iqtisadi imkanlar yaradır

Parlamentari: Laçın Hava Limanı yeni iqtisadi imkanlar yaradır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Laçın Hava Limanı Şərqi Zəngəzurun inkişafı üçün yeni iqtisadi imkanlar yaradır".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətindən danışıb.

Deputat bildirib ki, Laçın Hava Limanı yalnız strateji deyil, həmçinin iqtisadi baxımdan Şərqi Zəngəzurun inkişafı üçün yeni imkan deməkdir.

Onun sözlərinə görə, Laçına səfər edən Türkiyə və Pakistan liderləri bir daha hər zaman Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər:

"Ölkəmizin Türkiyə və Pakistanla daha da dərinləşən münasibətləri bir daha təsdiq edir ki, Azərbaycan xarici siyasətdə qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir. Bir-birinə yaxın dost və qardaş olan 3 dövlət beynəlxalq platformalarda və eləcə də ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər".

Vüqar Bayramov qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsinin artırılması əsas hədəflərdən biridir:

"2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-ci ildə 5 milyard 842 milyon dollar və 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır".

Deputat həmçinin əlavə edib ki, Azərbaycan ilə Pakistan arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə,
"2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da, 2021-ci illə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə 27 milyon dollara yüksəlib. Pakistan ilə ticarət dövriyyəsinin 2 milyard dollaradək artırılması əsas hədəflərdəndir".

Sonda o vurğulayıb:
"Bu o deməkdir ki, Azərbaycan iki qardaş dövlət olan Türkiyə və Pakistan ilə ticarət dövriyyəsini yaxın illərdə 17 milyard dollaradək artırmağı hədəfləyir. Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır".

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri