Icma.az
close
up
RU
“Laçın Hava Limanı qayıdışın və dirçəlişin simvoludur”

“Laçın Hava Limanı qayıdışın və dirçəlişin simvoludur”

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Laçın Beynəlxalq Hava Limanı təkcə Qarabağ və Şərqi Zəngəzurla deyil, Azərbaycanın digər bölgələri və beynəlxalq marşrutlarla birləşməni təmin edən əsas nəqliyyat qovşağı rolunu oynayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Heydər Əliyev Beynəlxalq Hava Limanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Xəlilova bildirib.

Onun sözlərinə görə, Laçın Beynəlxalq Hava Limanının açılışı haqlı olaraq tarixi mərhələ kimi qiymətləndirilir:

“Bu, Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı və azad edilmiş ərazilərdə inşa edilən üçüncü belə obyektidir. Lakin əhəmiyyəti təkcə infrastruktur layihəsi olmaqla məhdudlaşmır. Dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə, mürəkkəb dağ relyefində inşa edilmiş bu hava limanı mühəndislik baxımından da böyük nailiyyətdir. O, ölkəmizin peşəkarlığını, strateji baxışını və çətin şəraitdə belə irimiqyaslı layihələr reallaşdırmaq bacarığını nümayiş etdirir”.

N. Xəlilova qeyd edib ki, hava limanı regionun iqtisadi, sosial və logistik inteqrasiyasını sürətləndirəcək, turizm, yük və sərnişindaşıma, həmçinin investisiya axınında mühüm rol oynayacaq:

“Liman beynəlxalq standartlara tam uyğundur. Uçuş-enmə zolağı 3 000 metr uzunluğunda və 60 metr enindədir, bütün növ hava gəmilərini qəbul edə bilir. 60 min m²-dən artıq sahəsi olan perron eyni anda səkkiz təyyarəyə xidmət göstərə bilər. Terminal binası 5 min m² sahəyə malikdir və saatda 200 sərnişinə xidmət göstərmək imkanına sahibdir. VIP zal, qeydiyyat və təhlükəsizlik zonaları, iaşə obyektləri, baqaj sistemləri və rəqəmsal infrastrukturla təchiz olunub”.

Kompleksə müasir uçuşlara nəzarət qülləsi, iki transformator stansiyası, ehtiyat generatorlar, nasos və çirkab su təmizləmə sistemləri, videomüşahidə və yüksək sürətli rabitə infrastrukturu daxildir. Bütün obyektlər ən son texnologiyalarla təchiz olunub.

Tikinti prosesində 13-dən çox Türkiyə şirkətinin iştirakı isə beynəlxalq etimad və tərəfdaşlığın bariz nümunəsidir.

“Laçın Beynəlxalq Hava Limanı təkcə bir nəqliyyat obyekti deyil, həm də qayıdışın və dirçəlişin simvoludur. Bu, Azərbaycanın tarixində açılan yeni bir səhifədir”, - deyə N. Xəlilova vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri