Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Parlamentari: Qərbi Azərbaycana Böyük qayıdış qarşısıalınmaz bir prosesdir

Parlamentari: Qərbi Azərbaycana Böyük qayıdış qarşısıalınmaz bir prosesdir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunun, sadəcə, soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə aydındır

Dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günü idi. Qərbi Azərbaycandan olan soydaşlarımızın məruz qaldığı sonuncu deportasiya nəticəsində 300 minə yaxın insan öz ata-baba yurdundan didərgin düşüb. 1988-1991-ci illərdə Ermənistanın hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilən deportasiya zamanı soydaşlarımız fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalaraq, öz dədə-baba torpaqlarından qovulublar.

Bu gün Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı tədbirlər keçirilir.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans öz işini dünən də davam etdirib. Konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edib.

İctimaiyyət nümayəndələrinin fikrincə, Qərbi Azərbaycan məsələsinin beynəlxalq arenada müzakirəsi olduqca vacib və aktual məsələdir. Qeyd edirlər ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini prioritet hədəflərimizdən birinə çevirməsi yeni reallıqlar yaradır. Bu hədəfin gerçəkləşməsi ermənilərin bütün təcavüzkar planlarının, o cümlədən "böyük Ermənistan" planının da üzərindən birdəfəlik xətt çəkmiş olacaq.


Millət vəkili Sahib Alıyevin sözlərinə görə, ermənilərin və havadarlarının Azərbaycana qarşı haqsız torpaq iddilarının qarşısında beş yüz minə yaxın insanın öz torpaqlarına dinc yolla qayıdış istəyi ciddi gedişdir. Deputat “Sherg.az”a açıqlamasında qeyd edib ki, Qərbi Azərbaycan mövzusunun beynəlxalq platformalarda müzakirə mövzusuna çevirilməsi regionda post-Qarabağ müharibəsi dönəmindəki dəyişikliklərin tanınması baxımından da vacibdir:


 “Bu səbəbdən də, Qərbi Azərbaycan İcmasının bu konfransında 51 ölkədən 100-dən çox önəmli xarici qonağın iştirak etdiyi, Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəliyin təmsil olunması özü-özlüyündə böyük uğurdur. “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans gözlənildiyi kimi İrəvandakıları təşvişə salıb. Orada hakimiyyətə yaxın kütləvi informasiya vasitələri və teleqram kanalları bu konfransın önəmini azaltmağa çalışsalar da, digərləri prosesin nəyə doğru getdiyini tam da olmasa anladıqlarını göstərirlər. Əslində, birincilər də bunun yaxşı fərqindədirlər, elə məhz ona görə də 51 ölkədən gəlmiş  100-dən çox əcnəbi millət vəkilinin, ictimai xadim və ekspertin qatıldığı beynəlxalq tədbirin əhəmiyyətini azaltmaq siyasəti yeridirlər, bu da dəvəquşunun başını quma soxmağına bənzəyir. Amma cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də qeyd olunduğu kimi, Ermənistan cəmiyyətində xalqımıza qarşı  elə dərin nifrət hissi kök salıb ki, orada heç bir siyasi qüvvə Qərbi Azərbaycan kökənlilərin öz yurd yerlərinə dönmələrini istəmir.

Qoy istəməsinlər, ancaq Ermənistandakıların nə düşünmələrindən asılı olmayaraq "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu, ona başlanıldığı,  bunun, sadəcə, soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə ayıdındır”.


S.Alıyev deyib ki, konfransın yekun sənədində əksini tapan tələblərdən də göründüyü kimi, Qərbi Azərbaycanda soydaşlarımıza dəyən maddi və mənəvi zərərə görə  kompensasiya ödənilsə belə, bu, onların "ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz":

 “Bu konfrans, eləcə də ay boyu baş verən və Ermənistandakı yurd yerlərimizə qayıdış prosesinə təsir göstərən digər olaylar haqda mən dekabrın sonunda Qərbi Azərbaycan TV-də öz fikirlərimi bölüşəcəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see202

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see201

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see194

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see174

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see165

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see155

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see154

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see152

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri