Icma.az
close
up
RU
Qərbi Azərbaycana Qayıdış

Qərbi Azərbaycana Qayıdış

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Əziz ƏLƏKBƏRLİ,
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı

Dekabrın 5-də bu mövzuda beynəlxalq konfrans keçiriləcək

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında icmanın bir qrup üzvü ilə görüşdəki tarixi çıxışında cənab Prezident İlham Əliyevin fəaliyyətimizlə bağlı tövsiyələrindən biri də o oldu ki, Qərbi Azərbaycan həqiqətləri və Qərbi azərbaycanlıların qayıdış hüququ ilə bağlı məsələ beynəlxalq müstəviyə çıxarılmalı, dünya ictimaiyyətinə çatdırılmalıdır.

Bununla bağlı xarici mütəxəssis və ekspertlərin iştirakı ilə ildə bir dəfə beynəlxalq konfransın keçirilməsi də həmin tövsiyələr sırasındadır. 2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda ilk beynəlxalq konfransını keçirdi və burada 28 ölkədən 44 nümayəndə iştirak etdi.

Bu il dekabrın 5-6-da isə Qərbi Azərbaycan İcması “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransın keçirilməsinə hazırlaşır. Budəfəki konfransımıza 51 ölkədən 101 nəfər xarici nümayəndəsinin qatılacağı gözlənilir.

Nəyə görə 5 dekabr? Ona görə ki, sonuncu deportasiya zamanı 1988-ci il noyabrın 24-də Qərbi Azərbaycanda soydaşlarımızın kütləvi şəkildə ölkədən qovulmasına Ermənistan dövləti tərəfindən start verilmiş və yerli sovet, partiya və hüquq-mühafizə orqanlarına tapşırılmışdı ki, 10 günün tamamında bu proses başa çatdırılmalıdır. Ermənilər, Azərbaycanın Zəngilan rayonu sərhədində olan Nüvədi kəndi istisna olmaqla, bu işi dekabrın 5-də yekunlaşdırdılar. Ona görə də Qərbi Azərbaycan İcması həmin günü – 5 dekabr gününü Deportasiya Günü kimi hər il qeyd edir.

Beləliklə, 5 dekabrda konfransımızın ilk günündə hər birində beş məruzə olmaqla, beş paneldə məruzələr dinləniləcək. Bütün məruzəçilər xarici ekspertlər olacaqlar. Məruzələr son iki əsrdə Qərbi azərbaycanlıların məruz qaldıqları faciələr və onların qayıdış hüququ üzərində fokuslanacaqdır.

Həm tədbirdən bir gün əvvəl, həm də tədbirin gedişində xarici qonaqlarla icmanın və icma strukturlarının rəhbərllərinin ikitərəfli və çoxtərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaqdır. Bu zaman qonaqlar Qərbi Azərbaycan mədəni irsi ilə bağlı sərginin, Qərbi Azərbaycan mətbəxinin, musiqi proqramının şahidi olacaqlar.

Heç şübhəsiz, bu konfrans Qərbi Azərbaycan həqiqətlərinin və Qərbi Azərbaycandakı ata-baba yurdlarından ermənilər tərəfindən qovulub çıxarılan soydaşlarımızın qayıdış hüququ ilə bağlı məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində irəliyə doğru atılmış növbəti böyük addım olacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri