Icma.az
close
up
RU
Parlamentdə şortla gəzirdilər Naxçıvanın keçmiş rəhbərindən ilginc açıqlamalar

Parlamentdə şortla gəzirdilər Naxçıvanın keçmiş rəhbərindən ilginc açıqlamalar

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Bu mövzuda yazmaq istəməzdim, amma bəzən susmaq da olmur. İndiki dövrdə heç kimin işini itirməsini, çörəksiz qalmasını arzulamaram. Lakin dövlətçiliklə hansısa fərdlərin maraqları arasında seçim etmək məqamı gələndə, hər bir normal və vicdanlı vətəndaş dövlətin yanında olmalıdır".

"Bakupost" xəbər verir ki, bunu 5 oktyabr 2023-cü ildən 26 sentyabr 2024-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr səlahiyyətlərini icra edən Anar İbrahimov bildirib.

"Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması xəbərini elə təqdim edirlər ki, sanki hərəsi öz sahəsində bir Nobel mükafatı alıb, fantastik nəticələr əldə edib, qurub-yaradıb... Sadəcə biz – Naxçıvan camaatı o qədər kor-koranə yaşamışıq ki, bu "dahilərin" qədrini bilməmişik, fərqinə varmamışıq.

Birincisi, bunları ordan-burdan yığıb Naxçıvana gətirən keçmiş nümayəndə haqqında cənab Prezident öz sözünü qəti şəkildə deyib. Kimə çatmayıbsa, buyurub həmin müsahibəyə bir daha baxsın. Hələ media və kuluarlarda dolaşan cinayət işlərini, digər ciddi məsələləri demirəm.

İkincisi, bu "kadrların" seçimi də başından problemli idi. Onların Naxçıvana göndərilməsində dövlətçilik və meritokratik prinsiplər deyil, "Şölə xanımın" şəxsi siyahısı rol oynamışdı. Maraqlananlar gedib o xanımdan soruşsunlar ki, görək bu kadrları hansı meyar və göstəricilərə görə seçib bura doldurmuşdu?

Naxçıvan qədim diyardır, çox sınaqlardan keçib, amma bu qədər traqikomik idarəetmə təcrübəsi görməmişdi. Bunları demək çətindir, amma susmaq da günahdır.

Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib.

Məlum oldu ki, həmin şəxs Səlahiyyətli Nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zatən bunu dərk etsəydi, həmin licimdə dövlət binasına ayaq qoymazdı.

Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən!

Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin "dahilərlə" birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!

Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır", - Anar İbrahimov qeyd edib.

Bakupost.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyul 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri