Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı YENİ TƏYİNAT
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Milli Məclisin Aparatında növbəti kadr dəyişikliyi edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Şahin Quliyev vəzifəsindən azad edilib.
O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Şahin Quliyev uzun illər Milli Məclis Aparatında fəaliyyət göstərib. İxtisasca hüquqşünas olan dövlət qulluqçusu Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Məlumata görə, onun vəzifəsinə Nadir Sultanov gətirilib. O, 1974-cü ildə anadan olub. Beynəlxalq hüquq ixtisasına malik dövlət qulluqçusu əvvəllər İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.
Fotoda: solda Şahin Quliyev, sağda Nadir Sultanov.
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















