Icma.az
close
up
RU
Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dekabrın 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdə duran iki məsələnin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib, müzakirələrin diplomatik xidmət sahəsində müasir tələblərə cavab verən hüquqi çərçivənin yaradılması baxımından vacib olduğunu qeyd ediblər.

Gündəliyin birinci məsələsi - “Diplomatik xidmət haqqında” qanun layihəsi ilə bağlı danışan komitə sədrləri diqqətə çatdırıblar ki, layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.

Sonra “Diplomatik xidmət haqqında” yeni qanun layihəsini təqdim etmək üçün Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynova söz verilib. İdarə rəisi qanun layihəsinin 5 fəsil və 31 maddədən ibarət olduğunu qeyd edərək, layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlərin araşdırıldığını bildirib. O, həmçinin qanun layihəsinin hazırlanmasında diplomatik xidmət sahəsində beynəlxalq təcrübənin, dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının müvafiq normalarının, sənədlərin və məlumatların təhlil edildiyini deyib. Hüseyn Hüseynov, yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv ediləcəyini və yeni qanunun tətbiqi ilə əlaqədar bir sıra digər qanunvericilik aktlarında da dəyişikliklər ediləcəyini diqqətə çatdırıb.

Gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədrləri vurğulayıblar ki, qanunlara təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin qəbulundan irəli gəlirlər və bir sıra uyğunlaşdırmaları nəzərdə tuturlar. Qeyd olunub ki, bu dəyişikliklər, diplomatik xidmətin hüquqi tənzimlənməsini gücləndirərək, mövcud məsələlərin həllinə və xidmətin effektivliyinin artırılmasına töhfə verəcək.

Qanun layihələrinin müzakirəsində iştirak edən deputatlar fikirlərini və suallarını səsləndiriblər.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıb.

İclasda “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin əhəmiyyəti qeyd olunub, layihənin qəbulundan sonra bir sıra qanunlarda ediləcək dəyişikliklərin diplomatik xidmət əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi və sosial təminat məsələlərinin həlli sahəsində zəruri olduğu vurğulanıb.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see142

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see113

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see109

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see109

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri