Icma.az
close
up
RU
Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dekabrın 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdə duran iki məsələnin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib, müzakirələrin diplomatik xidmət sahəsində müasir tələblərə cavab verən hüquqi çərçivənin yaradılması baxımından vacib olduğunu qeyd ediblər.

Gündəliyin birinci məsələsi - “Diplomatik xidmət haqqında” qanun layihəsi ilə bağlı danışan komitə sədrləri diqqətə çatdırıblar ki, layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.

Sonra “Diplomatik xidmət haqqında” yeni qanun layihəsini təqdim etmək üçün Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynova söz verilib. İdarə rəisi qanun layihəsinin 5 fəsil və 31 maddədən ibarət olduğunu qeyd edərək, layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlərin araşdırıldığını bildirib. O, həmçinin qanun layihəsinin hazırlanmasında diplomatik xidmət sahəsində beynəlxalq təcrübənin, dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının müvafiq normalarının, sənədlərin və məlumatların təhlil edildiyini deyib. Hüseyn Hüseynov, yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv ediləcəyini və yeni qanunun tətbiqi ilə əlaqədar bir sıra digər qanunvericilik aktlarında da dəyişikliklər ediləcəyini diqqətə çatdırıb.

Gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədrləri vurğulayıblar ki, qanunlara təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin qəbulundan irəli gəlirlər və bir sıra uyğunlaşdırmaları nəzərdə tuturlar. Qeyd olunub ki, bu dəyişikliklər, diplomatik xidmətin hüquqi tənzimlənməsini gücləndirərək, mövcud məsələlərin həllinə və xidmətin effektivliyinin artırılmasına töhfə verəcək.

Qanun layihələrinin müzakirəsində iştirak edən deputatlar fikirlərini və suallarını səsləndiriblər.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıb.

İclasda “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin əhəmiyyəti qeyd olunub, layihənin qəbulundan sonra bir sıra qanunlarda ediləcək dəyişikliklərin diplomatik xidmət əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi və sosial təminat məsələlərinin həlli sahəsində zəruri olduğu vurğulanıb.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri