Icma.az
close
up
RU
Parlamentin İnsan hüquqları komitəsinin iclasında 3 məsələ müzakirə olunub AZƏRTAC

Parlamentin İnsan hüquqları komitəsinin iclasında 3 məsələ müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Zahid Oruc iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.

O, əvvəlcə 2024-cü ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə məlumat verib. Nəzərə çatdırıb ki, sessiya ərzində komitənin 12 iclası keçirilib, 23 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə olunub. Belə ki, ötən sessiyada “Uşaq hüquqları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanununda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi, həmçinin Elektron Hökumət İnformasiya Sistemindən istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” və bir sıra digər qanun layihələrinə baxılıb.

Bildirilib ki, sessiya müddətində komitənin sədri və üzvləri bir çox yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak edib, görüşlər keçiriblər. Bununla yanaşı, deputatlar insan hüquqları mövzusunda mediada çıxışlar edib, müsahibələr veriblər, habelə televiziya proqramlarında ictimai həyatın müxtəlif sferalarını əhatə edən məsələlərə münasibət bildiriblər.

Hesabat dövründə komitəyə 422 sənədin daxil olduğu söylənilib. Qeyd edilib ki, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib, lazımi izahatlar verilib.

Sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulur. İş planında, habelə Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı, təcavüz, etnik təmizləmə və müharibə cinayətlərinin insan hüquqları aspektində geniş ictimaiyyətə çatdırılması, Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində ictimai dinləmə və dəyirmi masaların keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Bununla yanaşı, yaz sessiyasında rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması, süni intellekt və insan hüquqları, media savadlılığı ilə əlaqədar, ekoloji insan hüquqlarına dair müzakirələrin təşkili, habelə ölkənin insan hüquqları təsisatları qarşısında duran strateji vəzifələrlə bağlı aidiyyəti qurumlarla görüşlərin keçirilməsi və bir sıra digər tədbirlər planlaşdırılır.

Müzakirələrdə çıxış edən deputatlar payız sessiyasının məhsuldar keçdiyini, komitə üzvlərinin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiya ərzində görülmüş işləri qənaətbəxş dəyərləndiriblər. Deputatlar yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Komitənin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.

Komitə sədri çıxışlarda qaldırılan məsələlərə münasibət bildirib, habelə ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşüb.

İclasda, həmçinin ikinci oxunuşda təqdim edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi nəzərdən keçirilib. Dəyişiklikdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri