Icma.az
close
up
RU
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında 7 məsələ müzakirə edilib AZƏRTAC

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında 7 məsələ müzakirə edilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, komitənin sədri Musa Quliyev gündəliyə 7 məsələnin – bir sıra qanunlara dəyişikliklərin olunması barədə və büdcə zərfinə daxil olan qanun layihələrinin daxil edildiyini bildirib.

Əvvəlcə, komitə sədri Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” Qanunun yeni layihəsinə uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir.

Bununla əlaqədar olaraq, Əmək Məcəlləsinə bəzi dəyişikliklər təklif olunur.

Layihədə bir sıra digər qanunlara da müvafiq düzəlişlərin edilməsi nəzərdə tutulur.

Sonra komitə sədri Musa Quliyev Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verilib.

Qeyd olunub ki, sənəddə əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə işçinin vəzifəsi, müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, ünvanlı dövlət sosial yardımının təyin olunması, sosial müavinətlər təyin edilməsi, əmək pensiyalarının təyin edilməsi barədə, şəxsin əlilliyinin müəyyən olunmasına dair qərarlar, şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, fərdi məşğulluq proqramında iştirakla bağlı və bir sıra digər məlumatların EHİS üzərindən təqdim edilməsi təklif olunur.

Sonra Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

Komitə sədri bildirib ki, Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən sığorta fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur. Hər iki fondun növbəti il üçün büdcələri vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, geniş məşğulluq imkanlarının yaradılmasına, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq.

Gündəliyin növbəti məsələləri – “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” (üçüncü oxunuş) qanun layihələri ilə bağlı məlumatında Musa Quliyev növbəti il üçün yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddinin 285 manat müəyyən edildiyini diqqətə çatdırıb. O artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.

Sonra komitə sədri sonuncu məsələni – “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunlayihəsini (üçüncü oxunuş) təqdim edib.

Məsələlərin müzakirəsi zamanı komitə üzvləri Nigar Məmmədova və Jalə Əliyeva çıxış edərək qanun layihələrinin əhəmiyyətindən söhbət açıblar.

Komitə üzvləri gündəlikdəki qanun layihələrinin hər birini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri