Icma.az
close
up
RU
Partiya rəsmisi: Tahir Kərimlinin sədr postunu dövr edəcəyi reallıqdır

Partiya rəsmisi: Tahir Kərimlinin sədr postunu dövr edəcəyi reallıqdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Lakin bu o anlama gəlmir ki, Tahir Kərimli evinə çəkilib memuar yazacaq"


"Yeni sədrin daha gənc və enerjili olması partiyanın yeni keyfiyyətdə siyasətə qayıtması ilə müşahidə olunacaq"



Tahir Kərimli Vəhdət Partiyasının (VP) sədrliyindən gedir. Bu barədə "Qaynarinfo"ya açıqlamasında Partiyanın təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir: "Tahir bəy deyir ki, bu günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”. Fəxrəddin Ağazadənin sözlərinə görə, Tahir Kərimli deputat seçkilərində namizədliyini irəli sürəcək. Məlumata görə, Tahir Kərimli Vəhdət Partiyasının sədri vəzifəsini müavinlərindən birinə etibar edəcək. 


Vəhdət Partiyasının sədr müavini, VP-nin Sumqayıt şəhər təşkilatının rəhbəri Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olub. 

Partiya rəsmisi bildirib ki, 1994-cü ildə yaradılmış Vəhdət Partiyası günümüzə qədər Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir: 

"Yarandığı tarixdən radikal müxalif mövqedə dayansa da, 2006-ci ildən etibarən mərkəzçi mövqe tutaraq Azərabaycanın siyasi həyatında bir yeniliyə imza atıb. Vəhdət Partiyası mövcud durumda ölkənin stabil və dayanıqlı olması üçün dövlət başçısı İlham Əliyevin liderliyini qəbul edərək siyasi kursunda korrektələr edib. Vəhdət Partiyası eyni zamanda reallıqları öz adı ilə adlanadıraraq "əyrini əyri, düzü düz" deməklə xalqı narazı salan məqamların üzərinə gedib. Hər zaman partiya sədri Tahir Kərimlinin timsalında yüksək kürsülərdən problemləri səsləndirib". 


V.Əfəndiyev diqqətə çatdırıb ki, Vəhdət Partiyası Milli Məclisin V və VI çağırış seçkilərində bir deputatla təmsil olunsa da, sonuncu parlament seçkilərində uğur qazana bilmədi: 

"Eyni zamanda bələdiyyə seçkilərində çox az sayda təmsilçimiz oldu. Parlament və bələdiyyə seçkilərində müvəffəqiyyətsizliyə baxmayaraq, Vəhdət Partiyası öz strukturlarını qoruyub saxlaya bilib, daxildən yenilənməyə qərar verib. Tahir Kərimlinin partiya sərdrliyi postunu daha gənc və fəaaliyyət imkanları geniş olan siyasətçilərə buraxma istəyi onun elektoratının təəssübkeşliyindən irəli gələn addımdır. Artıq məsələ gündəmdədir. Tahir bəyin sədr postunu dövr edəcəyi reallıqdır. Lakin bu o anlama gəlmir ki, Tahir Kərimli evinə çəkilib memuar yazacaq, əksinə onun partiya strukturlarında təmsilçiyinin olması təmin olunacaq.Yeni sədrin daha gənc və enerjili olması partiyanın yeni keyfiyyətdə siyasətə qayıtması ilə müşahidə olunacaq.Yeni sədrin kimliyi barədə onu deyə bilərəm ki, bu iyun ayının 14-də partiyanın VI növbədənkənar qurultayında partiya üzvlərinin qəraraı ilə müəyyən olunacaq. Sədrliyə iddialı olmaqla bağlı məsələyə gəoincə, uzun müddətdir Vəhdət Partiyasının sədrinin ümümi əlaqələr üzrə müavini və ölkənin ən böyük təşkilatı olan Sumqayıt şöbəsinin sədri vəzifələrini daşıyıram. Tutduğum vəzifələrdən məmnunam və yeni seçiləcək sədrin yanında olaraq ona partiyaya rəhbərlik etməsində dəstək olacağam".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri