Partiya sədri 272 min rüşvət alarkən yaxalandı
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) siyasi partiya rəhbərini 160 min dollar (272 min AZN) dollar rüşvət alarkən saxlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə SBU-nun teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, partiya sədri Kiyevdəki restoranlardan birində saxlanılıb.
Məlumata görə, məhkəmə həmin partiyanın qeydiyyatını oktyabrda saxtalaşdırılmış sənədlərə görə ləğv etsə də, lider deputatlıq mandatlarını pulla satmağa cəhd edib.
Yerli nəşr yazır ki, saxlanılan şəxs “Garant” partiyasının rəhbəri Valeriy Tokardır. Siyasətçi külli miqdarda dələduzluqda ittiham olunur. Onun üçün 6,7 milyon qrivna (271 min AZN) məbləğində girov müəyyən edilib. Təqsiri sübuta yetirilsə, Tokarı 12 ilədək həbs gözləyir.
Xatırladaq ki, bundan öncə Ukrayna hakimiyyəti energetika sektorunda 100 milyon dollarlıq rüşvət qalmaqalı ilə bağlı 7 nəfərə ittiham irəli sürmüşdü. Sözügedən ittihamlar fonunda ölkənin energetika və ədliyyə nazirləri də vəzifələrindən azad olunmuşdular.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Noyabr 2025 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















