Icma.az
close
up
RU
Partiya sədri: Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz

Partiya sədri: Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Rəsmi məlumata əsasən, gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 1-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, ona dövlət büdcəsindən vəsait ayrılacaq. Həmin rayon Xocavənddir. Onun yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2026-cı ilin büdcəsində 847 min manat vəsait nəzərdə tutulub.Beləliklə, 66 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək".

Mia.az xəbər verir ki, bu sözləri ReaL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, bu, doğru məlumat deyil: "Bu yalan məlumatlar, yanlış hesabatlar kimə lazımdır axı?! Maliyyə Nazirliyi, hökumət hansısa rayonun gəlirini, xərcini necə hesablayır?! Azərbaycanda vergi mərkəzləşdirilib, bizdə yerli vergilər yoxdur. Yaxşı, məsələn, Ağdam, və ya Zərdab öz xərcini necə ödəyir?! Xub, Ağdam və Zərdabın gəliri necə hesablanır?! Hansı indikatorlar var?!

Daha bir sual: məsələn, Ağdamda indi böyük quruculuq işləri gedir, hətta şəhər daxilində yollar çəkilir, binalar tikilir, sosial obyektlər inşa edilir və bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Yaxşı, belədirsə, məsələn, “Ağdam şəhəri öz xərclərini ödəyir”, cümləsi nəyi ifadə edir? Hansı xərclərini ödəyir? Ödədiyi xərclər varsa, onun mənbəyini nə formalaşdırır?!

Bəsdirin da, olmaz axı, nə qədər mənasız işlərlə, kağız üzərində manipulyasiyalarla məşğul olacaqsınız?! Prezident tapşırıq vermişdi ki, yerli xərclər, yerli gəlirlərlə qarşılansın. Bu yanaşma doğrudur, amma hökumət sadəcə kağız üzərində, yuxarıya xoş gəlmək üçün mexanizmi izah etmədən, güya, tapşırığı yerinə yetirdikləri görüntüsü yaratmaq istəyir. Belə “Potyomkin kəndləri” tikməklə hökumət hara qədər vəziyyəti gizlətməyə, problemləri “xalça altına süpürməyə” davam edəcək?!".

Partiya sədri deyir ki, Azərbaycanda Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz: "Sadəcə, həm də ona görə ki, heç bir rayon və şəhər ayrıca vergi yığmır, rüsumlar dediyim kimi, mərkəzləşdirilib. Tapşırığa əməl etmək istəyirsinizsə, bunun bircə yolu var: rayon və şəhərlərdə İcra Hakimiyyəti institutunun ləğvi, bələdiyyələrin gücləndirilməsi, yerli büdcələrin yerli vergi, rüsum və ödənişlərlə formalaşdırılması (məsələn, parkinq, lisenziya, rüsum, nəqliyyat və s.) , sonra da hesab-kitabı ortalığa tökməklə, hansı rayonun və şəhərin nə qədər gəliri və xərcləri olduğunu, bu gəlirin onun xərclərini qarşılayıb-qarşılamadığını söyləmək mümkündür. İndiki sitemdə belə xəbərlər, sadəcə, gözdən pərdə asmaq, fəaliyyət görüntüsü yaratmaqdır...".

Samir

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Oktyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri