Icma.az
close
up
RU
Partiya sədri: Bakı paytaxt olaraq qalmalıdır

Partiya sədri: Bakı paytaxt olaraq qalmalıdır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ancaq bəzi nazirliklər, dövlət qurumları və universitetlər işğaldan azad edilmiş şəhərlərə köçürülə bilər


“Bu addım yalnız həmin bölgələrdə iqtisadi aktivliyi artırmayacaq, eyni zamanda şəhərlərin sosial və mədəni inkişafına da təkan verəcək”


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması, Şuşada onlarla görüşməsi “alternativ

paytaxt” mövzusunu yenidən gündəmə gətirir.

Belə önəmli qonaqların qəbulunu Bakıda keçirmək, xüsusilə yeni dərs ilinin başladığı günlərdə və “Formula-1” yarışlarının astanasında olduğumuz vaxtlarda şəhərin nəqliyyat sistemi və

infrastrukturu baxımdan böyük tıxaca səbəb ola bilərdi. Məhz bu səbəbdən ən müvafiq seçim – yüksək səviyyəli rəsmi qarşılanmaların Qarabağda keçirilməsi-logistik və simvolik əhəmiyyət kəsb edir. 

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Azərbaycan hökuməti Qarabağın bərpasına milyardlarla vəsait xərcləyib və bu tendensiya davam edir: “Qarabağda quruculuq işlərinin mahiyyəti təsdiq edir ki, ölkənin bütün əraziləri paytaxt səviyyəsinə qədər gəlib çatsın. Buna görə də planlı şəkildə ağıllı yaşayış məntəqələri salınmaqda, torpaqlardan maksimum effektiv istifadə diqqətdə saxlanılmaqdadır. Bərpa və quruculuq işlərinin sürətlənməsi üçün Azərbaycan xarici sərmayəni də cəlb edə bilər. İndiyədək bir neçə ölkə çox kiçik həcmdə yardımlar edib. Bu, tələb olunan ümumi yardımların miqyası ilə müqayisədə olduqca azdır.

Prezidentin addımları göstərir ki, o, Azərbaycanın digər şəhərlərinin infrastrukturunu da Bakı səviyyəsinə qaldırmaq niyyətindədir. Ona görə də yüksək səviyyəli qonaqları Qarabağda qəbul edir. Prezident İlham Əliyevin BƏƏ Prezidentini Füzuli hava limanında qarşılaması və Şuşada keçirilən görüşlər diqqəti bu bölgəyə yönəltməyə xidmət edir. BƏƏ kimi varlı ölkənin bu regiona sərmayə yatırması üçün böyük potensialı var”.

Ekspert bildirib ki, paytaxtın köçürülməsi ilə bağlı çoxdandır müzakirələr gedir, müxtəlif fikirlər səsləndirilir: “Bununla bağlı hökumətin düşüncəsi olarsa, mütləq ictimaiyyətlə paylaşardı. Bu, gizli fəaliyyət deyil. Çünki həm yeni paytaxtın yerinin müəyyənləşdirilməsi, həm də onun üslubu, forması, coğrafi mövqeyinin əlverişli olması cəmiyyətdə əminlik və inam yaratmalıdır. Belə niyyət olardısa, Prezident xalqa açıqlayardı”.


ReAL partiyasının sədri Natiq Cəfərli isə hesab edir ki, Bakı paytaxt olaraq qalmalı, lakin şəhərin yükünü azaltmaq və infrastrukturun inkişafını tarazlı şəkildə yönləndirmək vacibdir. O, Sherg.az-a açıqlamasında bildirib ki, ölkənin sosial-iqtisadi inkişaf planları çərçivəsində 2030-cu ilə qədər azad olunmuş torpaqlarda 1,5-2 milyon vətəndaşın məskunlaşmasının təmin edilməsi və eyni zamanda paytaxtın yükünün azaldılması prioritet olmalıdır:

seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Sentyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri