Icma.az
close
up
RU
Partiya sədri beynəlxalq foruma gedə biləcəkmi?

Partiya sədri beynəlxalq foruma gedə biləcəkmi?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sosial mediada məlumat yayılmışdı ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli beynəlxalq tədbirə qatılmaq üçün Baş Prokurorluğa müraciət etmək fikrindədir.

O, bildirmişdi ki, Varşava Təhlükəsizlik Forumuna dəvət alıb. Siyasətçi Baş Prokurorluğa şikayət etmək istəyinin motivlərini belə izah etmişdi: "20 ilə yaxındır hakimiyyət mənə pasport vermir və xarici ölkə səfərlərimə qadağa qoyulub. 29-30 sentyabr tarixində baş tutacaq Forumda iştirak etmək üçün Baş Prokurorluğa bir daha müraciət edib pasport almaq üçün yenidən təşəbbüs göstərəcəyəm".

Milli Məclisin müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə üzrə komitəsi sədrinin müavini, YAP Mərkəzi Aparatı ilə həmin partiyanın Milli Məclisdəki deputat qrupu arasında əlaqələndirici, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu (Məmmədov) Əli Kərimlinin bu bəyanatına şərh verərək deyib: "Hər il onlarla-yüzlərlə Azərbaycan vətəndaşı, alimlər, siyasətçilər, parlament üzvləri, partiya funksionerləri xaricdə keçirilən çoxsaylı konfranslara dəvət alırlar, iştirak edirlər. Amma nədənsə onların heç biri “Mən xaricdə keçirilən konfransa dəvət almışam” deyə geniş ictimaiyyətə məlumat vermir, konfransı, yaxud siyasi fəaliyyəti bu şəkildə ucuzlaşdırmır. Nəticə etibarilə, əlbəttə, beynəlxalq konfransda iştirak etmək yaxşı haldır, amma bunu xüsusi hadisə kimi cəmiyyətə təqdim etmək siyasi çəkisizlikdir. AXCP sədri Əli Kərimli isə əslində bunu edir. Görünür, hər hansı konfransda iştirak etmək onun üçün xüsusi hadisədir. Digər partiyalar, elm adamları, siyasi xadimlər üçün bu, sıradan bir hadisədir”.

"Bizim Yol"un şərhi: Sözün doğrusu, Əli Kərimlinin Baş Prokurorluğa müraciət edib-etmədiyini, edibsə, nə cavab aldığını bilmirik. Ancaq Hikmət Babaoğlunun şərhindəki bir çox məqamlara toxunmaq istəyirik.

Hikmət Babaoğlu o məsələdə haqlıdır ki, özü və başqa alimlər, siyasətçilər, ictimai xadimlər çoxlu xarici səfərlərə dəvət alır, gedir, gəlir. Bu öz yerində. Ancaq deputat deyir: "Heç kim: "Məni dəvət ediblər" demir.

Xeyr, heç də elə deyil: xarici səfərlərə, konfranslara dəvət aldığını əvvəldən deyənlər də var, deməyənlər də var. Bu haqda cəmiyyətə məlumat vermək də qəbahət deyil, məlumat verməmək də. Ona görə də kimsə xaricdə hər hansı səfərə dəvət aldığını cəmiyyətlə bölüşürsə, lap bunu piar məqsədilə edirsə belə, buna görə adamı qınamaq yanlışdır. Məqsədimiz kimisə müdafiə etmək deyil. Sadəcə, hesab edirik ki, burda deputatın məntiqi işləməyib.

Bu, məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfinə gəlincə, partiya sədrinin bu məlumatı - dəvəti niyə açıqlamağının motivinə baxmaq lazımdır: adam xaricə getmək üçün pasport ala bilmir. Öz dediyi kimi, artıq 20 ilə yaxındır, bu sənədlə təmin olunmur, ölkədən çıxa bilmir. Yəni partiya sədri pasport ala bilməməsi üzündən bu məlumatı açıqlayıb: xaricdə konfransa dəvət olunduğunu, ancaq ölkədən çıxış imkanı olmadığı - xarici pasportu olmadığı üçün həmin tədbirə gedə bilmədiyini söyləyir. Hər bir vətəndaşın ölkədən getmək, ölkəyə gəlmək hüququ var və bu hüquq pozulanda müvafiq orqana şikayət etmək hüququ da var. Eyni zamanda nə vaxt, hansı ölkəyə, nə məqsədlə getdiyini açıqlamaq, yaxud açıqlamamaq da onun öz hüququdur.

Hər bir halda AXCP sədrinin xarici pasport alıb-almayacağı haqda sual yenə də açıq qalır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri